Azərbaycanda əhalini vaksinasiyaya cəlb etmək üçün həvəsləndirici addımlar atıla bilər - AÇIQLAMA

Son günlər ölkədə vaksinasiya ilə bağlı məsələlər geniş müzakirə olunur. Belə ki, vaksin vurdurmağın könüllü olduğu açıqlansa da, artıq vaksinsiz şəxslərə bir sıra məhdudiyyətlərin qoyulacağı ilə bağlı rəsmi məlumatın açıqlanması insanlarda çaşqınlıq yaratdı. Üstəlik statistika peyvənd vurduranların sayının hər keçən gün artdığını göstərsə də, yoluxma və ölüm faizində bunun öz əksini tapmaması da bir sıra spekulyasiyalara səbəb olur. Belə ki, insanların çoxunun vaksin vurdurmadığı, saxta COVID-19 pasportu aldığı, bunun da ölkədə rüşvət və korrupsiya hallarını artırdığı iddialar arasındadır. Onu da diqqətə çatdıraq ki, bir sıra ölkələrdə əhalinin kütləvi vaksinasiyasına nail olmaq üçün məhdudlaşdırıcı tədbirlərlə yanaşı, bəzi stimullaşdırıcı addımların da atıldığı müşahidə edilir.

Maraqlıdır, Azərbaycanda da əhalini vaksinasiyaya cəlb etmək üçün həvəsləndirici metoddan istifadə mümkündürmü?

Bu barədə Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkəmizdə də bu istiqamətdə həvəsləndirici addımların atılması mümkündür. Amma onun ciddi effekt verəcəyi sual altındadır:


"Vaksinasiya prosesini sürətləndirmək üçün bir çox ölkələrdə, ABŞ, Avropa, hətta Rusiyada müxtəlif təşviqedici addımlar atılır. Azərbaycanda vaksinasiyanın sürəti hələlik heç də pis deyil. Görünən odur ki, gün ərzində 70-80 min insan ən azından ilk dozanı qəbul edir. Azı 1 dəfə vaksin olunmuş insanların sayı 5 milyona yaxınlaşır. Bu kifayət qədər yüksək rəqəmdir, ölkədəki 18 yaşdan yuxarı əhalinin böyük hissəsini əhatə edir. Operativ Qərargah vaksinləşməni dolayı yolla stimullaşdırmaq üçün bəzi məhdudlaşdırıcı tədbirlərə də əl atıb. COVİD pasport məsələsi gündəmə gəlib. Bunun özü insanların peyvənd olunmağa meyllənmələrinə gətirib çıxarıb.

Məhdudlaşdırıcı addımlar çox olduğundan insanlar zatən son zamanlar sürətlə vaksinləşməyə gedir. Şəxsən düşünürəm ki, vaksinləşmə lazımdır. Bu pandemiyanın sona çatmasında mühüm rol oynayacaq. Amma COVİD pasport məsələsi insan haqları ilə bağlı müəyyən problemlər yaradır. Ona görə də Azərbaycanda bu məsələdə elə bir qızıl orta tapılmalıdır ki, həm pandemiyaya qarşı mübarizədə effekt versin, həm də insanın seçim hüququna zərbə vurulmasın”.

N.Cəfərlinin fikrincə, Azərbaycanda da məhdudlaşdırıcı addımlarla yanaşı, bəzi həvəsləndirici, təşviqedici addımlar da atıla bilər:

"Məsələn insanları peyvəndlənməyə cəlb etmək üçün təşviqedici addım kimi vaksinləşmiş insanlara vergi və sosial ödənişlərdə, habelə bir neçə ay müddətinə kommunal xidmətlərdə güzəştli şərtlər tətbiq edilməlidir. Azərbaycanda bu tip stimullaşdırıcı addım daha çox effekt verəcək, nəinki birbaşa maddi vəsait ödəmək”.

Son xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

“Yox" deməyi öyrənməyin yolları

Sabah 38 dərəcə isti olacaq

“Azərbaycan ali təhsil sistemi davamlı inkişaf nümayiş etdirir” - QS rəsmiləri

Yeni serialla ekranlara qayıdır

DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Azərbaycan nefti 82.6 dollara ticarət olunur

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Karapetyan müxalifəti Paşinyana qarşı birləşdirdi

Bakının bəzi ərazilərində işıq olmayacaq

Həyat yoldaşlarının yeri səhv düşdü

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Həmkarının ABŞ-yə səfər edəcəyini açıqladı

"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - FOTO

Radarladan itən təyyarə qəza enişi etdi - YENİLƏNİB

"Nəsə etmək istəyirlər, amma nə edəcəklərini bilmirlər" - Tramp

Məşhur aktrisa 35 yaşında öldü

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930