
Xəbərlər
18.07.2021, 01:28
Cari ilin altı ayında Ağdaşda 400 yeni iş yeri açılıb
Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağdaş rayonunda da öz uğurlu nəticələrini verir. Təsadüfi deyildir ki, təkcə 2021-ci ilin altı ayında bölgədə 400 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təzə açılan iş yerlərinin 96-sı daimidir.
Qeyd edək ki, aqrar bölgə olan Ağdaşda kənd təsərrüfatının ayrı-ayrı sahələrində yüzlərlə sakin mövsümü işlərdə çalışır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













