Britaniyalı ekspert: Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının həqiqətdən kənar olduğunu əks etdirirErmənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının həqiqətdən uzaq olduğunu əks etdirir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri britaniyalı alim və Ukrayna üzrə mütəxəssis Taras Kuzio Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri zamanı bu qədim şəhərlə bağlı təəssüratlarını bölüşməsinə ermənilərin haqsız reaksiyası ilə bağlı tvitterdəki paylaşımında qeyd edib.

Britaniyalı alim ermənilərin Ukrayna səfirinin tvitterdə paylaşdığı fikirlərə belə çirkin hücumlarını sərt şəkildə qınayaraq fikirlərini bir neçə istiqamətdə şərh edib. Ermənistanın daha çox millətçi (faşist) ölkə olduğunu vurğulayan T.Kuzio bildirib ki, ermənilərin “məhv edilməsi” baş verməyib. Ən böyük hərbi cinayət 1992-ci ildə Xocalıda 600-dən çox azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsidir. O, ermənilərin ifadə etdikləri kimi “təcavüzkarlıq” aktının baş vermədiyini, Azərbaycanın öz torpaqlarını azad etdiyini vurğulayıb. “Azərbaycan beynəlxalq səviyyədə öz əraziləri kimi tanınan torpaqları “işğal” edə bilməz!”, - deyə T.Kuzio paylaşımında bildirib.

Qeyd edək ki, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şuşa qalasının qarşısından çəkdiyi fotosunu tvitterdə paylaşıb. Diplomatın paylaşımında ifadə etdiyi “Arzularım gerçək oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu, mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!”, - sözləri ermənilərin haqsız hiddətinə səbəb olub.

Son xəbərlər

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930