Mirzə Ələkbər Sabirin nəvəsi şəhid ailələrinə yardım fondu yaratdıABŞ-ın Vaşinqton şəhərində yaşayan azərbaycanlı biznesmen, tanınmış jurnalist, dahi şair Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli "United Charities for Azerbaijan" (UCA) adlı Fond yaradıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı feysbuk hesabında bildirib.

G. Tahirli yeni yaratdığı Fond barədə V. Vahidqızının suallarını cavablandırıb:

- "United Charities for Azerbaijan" hansı məqsədlə yaradılıb və belə bir Fondun yaradılmasına nə zaman qərar vermisiz?

- Bu haqda düşünürdüm və burada yaşayan azərbaycanlılarla ünsiyyəti dərinləşdirməyə, daha çox insanla münasibət qurmağa çalışırdım. Sayca ilk böyük görüşümüz Şuşa alınan gün oldu. Çoxdandır üzərində işlədiyimiz ideyanın reallaşma zamanı idi. Fond Qarabağ müharibəsi şəhidlərinin övladlarına, qazilərimizə və onların övladlarına maddi və mənəvi dəstək olmağı hədəfləyir. Əsas məqsədimiz həmin ailələrdən olan uşaqların təhsil imkanlarını yaxşılaşdırmaqdır.

- Fond rəsmi qeydiyyata alınıb?

-Bəli, təsis toplantımızı keçirdikdən sonra Fondun rəsmi qeydiyyata alınması da reallaşdı.

- Soydaşlarımızla əlaqələri necə qurusunuz?

-Pandemiya dövründə təbii ki, əlaqələrimiz və bütün görüşlərimiz yalnız internet üzərindən olur. Təbii ki, Fonda vəsaitin daxil olması da məhz bu yolla həyata keçirilir. Yəni hazırda bütün fəaliyyətimiz internet üzərindən tənzimlənir.

- Konkret nəticədən danışaq...

-Soydaşlarımız bu işə həssaslıqla yanaşırlar və biz hədəfimizə doğru addım-addım gedirik. Artıq müəyyən məbləğlər toplanıb və nümunə üçün deyə bilərəm ki, biz təhsil imkanlarını yaxşılaşdırmaq üçün nəzərdə tutduğumuz kateqoriyadan olan bir neçə soydaşımıza kompüterlər alıb göndərmişik. UCA-in layihələri çox konkret layihələrdir. İcma nümayəndələrimiz verdiyi ianənin konkret olaraq kimlərə və nə üçün xərcləndiyini çox gözəl bilir. Biz çox konkret talelərə həmdərd olmağa çalışırıq və çağırışlarımız da bu xarakteri daşıyır. Fondun feysbuk və veb-səhifələrində layihələrimiz açıq görünür. Bundan sonra da toplanan bütün məbləğ qazilərimizə, qazi və şəhidlərimizin ailələrinə xərclənəcək.

- Fondun gələcək fəaliyyətində yeni istiqamətlər üzərində düşünürsüzmü?

-Bütün gücümüzü bir istiqamətə yönəldirik. Bizim əsas işimiz ölkəmizdə təhsil problemlərinə kömək etmək, qeyd etdiyim soydaşlarımızın təhsil imkanlrının genişlənməsi üçün faydalı addımlar atmaq, maraqlı layihələr həyata keçirməkdir. Heç bir siyasi fəaliyyətlə məşğul olmuruq və qazi və şəhid ailələrinə yardım etmək əsas məqsədimizdir.

- Fondun işinin yaxşı nəticələrə gətirib çıxarması daha çox nəyə bağlı ola bilər?

-Məncə ən vacibi davamlılıq və kütləvilikdir. İşimizin uğuru buna bağlıdır.

- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək barədə nə düşünürsüz?

-Düşünürəm ki, bu əməkdaşlıq ancaq işin xeyrinə olar, niyə də olmasın ki...Təbii ki, əməkdaşlığı düşünürəm.

Turaztv.az

Son xəbərlər

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930