Prokurorluq Qarabağa silah daşıyan erməni biznesmenlərlə bağlı MƏLUMAT YAYDI

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikasına və oradan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilib ki, biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.

Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

Son xəbərlər

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031