
Xəbərlər
28.05.2021, 23:09
SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Yaralılar var
Gəncədə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2107", "VAZ-21015", "Nissan", "VAZ-21099" və "GAC" markalı avtomobillərin iştirakı ilə baş vermiş zəncirvari avtomobil qəzasında 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ramin İsmayılov, 1983-cü il təvəllüdlü Ramiz İsmayılov, 1980-ci il təvəllüdlü Ramiz Qurbanov və 1985-ci il təvəllüdlü Çingiz Məmmədovdur.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











