
Xəbərlər
11.05.2021, 22:46
SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var
Balakəndə minik avtomobili çaya düşüb, sürücü ölüb, daha üç nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədvəli oğlu Əhməyev idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb.
Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













