
Xəbərlər
2.05.2021, 21:18
Azərbaycanda dəhşətli hadisə: yaralılar var - Hadisə yerindən görüntü
Sabirabadda avtomobil ehtiyat hissələri ilə yüklənmiş avtomobil aşıb, 2 nəfər xəsarət alıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobil ehtiyat hissələri ilə yüklü olan 90 UZ 038 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək sərt döngədə aşıb.
Avtomobildə olan sürücü Gəncə sakini, 1995-ci il təvəllüdlü İsmayılov İbrahim Çərkəz oğlu və sərnişin Bakı sakini, 1983-cü il təvəllüdlü Hüseynov Azər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Qəza zamanı avtomobildə olan ehtiyat hissələri yolun kənarına dağılıb.


Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












