Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib

Azərbaycanın mədəniyyət paytaxtı, qədim mədəniyyət beşiyi olan Şuşanın əsrarəngiz Cıdır düzündə 32 ildən sonra ilk dəfə “Xarıbülbül” musiqi festival keçirilib. 12-13 may tarixlərində keçirilmiş festival Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub.

Festivalın açılış mərasimində çıxış edən prezident Əliyev tədbirin olduqca böyük əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycan xalqının bu günü 30 ilə yaxın səbrsizliklə gözlədiyini deyib, nəhayət, bunun xalqın ötən payızda baş vermiş 44 günlük Vətən müharibəsində göstərdiyi fədakarlıq sayəsində mümkün olduğunu söyləyib. Prezident bildirib ki, Azərbaycan xalqı məhz bu fədakarlıq nəticəsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı torpaqlarını azad edib və azad olunmuş torpaqlar sırasında Şuşa şəhəri də var.

“Bu, hamımızın qələbəsidir”, - deyə dövlət başçısı bildirib. Daha sonra o, Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəman azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Festival Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu nümayiş etdirir. Çünki tədbirdə Azərbaycanda yaşayan bütün xalqlardan olan sənət adamları iştirak edirlər.

“Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır”, - deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Əliyev Şuşanın tarixindən də danışıb. “Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar”, - deyə o, bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan mədəniyyətinin Ermənistan tərəfindən dağıdılmış bu beşiyində artıq yenidənqurma prosesinə başlanılıb.

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalın birinci günündə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Bu, “Azərbaycan musiqisində multikulturalizm” şüarı ilə baş tutub.

Daha sonra Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi görkəmli Azərbaycan sənətkarlarının unudulmaz ifaları nümayiş olunub.

Festivalın ilk gününə xalq artisti Polad Bülbüloğlu öz bəstəsi olan “Azərbaycan - odlar yurdum” və “Şən Azərbaycan” mahnılarını ifa edərək yekun vurub.

Festival çərçivəsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Əbədi imzalar” adlı layihə də təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri ilk dəfə olaraq blok şəklində dərc edilib. Bu topluya daxil edilmiş bir çox əsər ilk dəfədir ki, işıq üzü görür. Bu işlərin icrası ilə layihəyə Heydər Əliyev Fondu tərəfindən cəlb edilmiş mütəxəssislər məşğul olub.

Topluya Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun musiqi əsərləri də daxildir. Bu toplu Azərbaycan musiqi ənənələrini, Azərbaycan bəstəkarlarının əsərlərini qorumaq və yeni nəsillər üçün təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarların əsərlərinin də təqdim olunması nəzərdə tutulur.

Son xəbərlər

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Gürcü nazir müavini: Bakı-Tbilisi qatarları qarşılıqlı turist axınlarını artıracaq

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031