“Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır? - İZAHAT"Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır? - İZAHAT


"Uşaqpulu”nun yenidən bərpa edilməsi ilə bağlı təkliflər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. Rəylərdən məlum olur ki, əksəriyyət "uşaqpulu”nun bərpasının tərəfdarı olsa da, onun məbləği ilə bağlı ortaq fikir yoxdur.

"Uşaqpulu”nun aylıq məbləğinin 50, 100, hətta 300 manat təklif edən fikirlərə rast gəlmək olur. Bəziləri isə "uşaqpulu”nun yaşayış minimumu səviyyəsində, yəni 175 manat verilməsini təklif edir.

Bəs, qeyd edilən məbləğlərdə "uşaqpulu”nun təyin edilməsi üçün dövlətə nə qədər pul lazımdır?

Məbləği dəqiq müəyyənləşdirmək üçün ölkəmizdə olan uşaqların sayını bilmək lazımdır.

"Turaztv.az" "carciTV"-yə istinadən xəbər verir ki, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşı 18-ə qədər olan Azərbaycan vətəndaşlarının sayı 2,637 milyon nəfərdir. Əgər uşaqların sayına görə hər ay 50 manat müavinət verilərsə, bunun üçün ayda 131,85 milyon manat, bir ildə 1,582 milyard manat vəsait lazımdır.

"Uşaqpulu” 100 manat olacağı təqdirdə dövlət büdcəsindən aylıq 263,7 milyon manat, illik 3,164 milyard manat ayrılmalıdır. Dövlət yaşayış minimumu əsasında müavinət vermək istəsə, ona ayda 461,5 milyon manat, ildə 5,537 milyard manat lazımdır. Daha radikal təklifə görə uşaqlara hər ay 300 manat müavinət verilməlidir. Bunun üçün dövlət büdcəsindən hər ay 791,1 milyon manat, ildə 9,5 milyard manat xərclənməlidir.

Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən "uşaqpulu” verilmir. Onun əvəzində yoxsul ailələrə ünvanlı sosial yardım ayrılır. 2021-ci ilin dövlət büdcəsindən ünvanlı sosial yardım üçün 257,7 milyon manat, 2020-ci ildə 244,1 milyon manat ayrılmışdı. Ünvanlı yardımdan 299 min insan, o cümlədən 163 min uşaq yararlanıb.

İndiki yardım sistemi uşaqların 6,2 faizini əhatə edir və ünvanlı yardım alan ailələrdəki uşaqların hər birinə ayda orta hesabla 50 manat yardım düşür. Buradan görünür ki, dövlət uşaqlar üçün hər ay cəmi 8,15 milyon manat, ildə 97,8 milyon manat xərcləyib. Əgər bu məbləğ "uşaqpulu” şəklində bütün uşaqlara ayrılsa, onda bir uşağa ayda 3,1 manat pul düşür.

Son xəbərlər

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir

Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

Uşaqların şəxsi mesajlarına nəzarət: Valideynlər nələri bilməlidirlər?

Marşrutlar dəyişə bilər, etibar dəyişməz - “Sara Logistics” MMC - Fotolar

İki reklamdan 75 milyon alacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031