"Hansı ailələrə uşaq pulu verilməlidir?" - AÇIQLAMA
Bu günlərdə Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də uşaq pulu məsələsidir. Insanlar düşünür ki, həm demoqrafik vəziyyəti, həm də real həyat şərtlərini, yaşam durumunu nəzərə alıb, hökumət uşaq pulunu yenidən bərpa etməlidir. Hakimiyyət nüməyəndələri isə bu məsələdə fərqli fikirdədir.

Əgər demoqrafik vəziyyəti nəzərə alsaq, bu baxımdan ölkənimizin problemi yoxdur. Rəsmi statistikaya görə, 2017-ci ildə əhalinin sayı 9,8 milyon nəfər olub, bu, əvvəlki ilə nisbətdə 0,8% çoxdur. 2018-ci ildə isə əhalinin sayı 9,9 milyon nəfər olub, bu da, 2017-ci illə nisbətdə 0,8 çoxdur. 2019-cu ilin əvvəlinə kimi isə əhalinin sayı 9 milyon 982 min olub. Statistika göstərir ki, Azərbaycanda demoqrafik baxımdan heç də problem yoxdur. Bəs görəsən nədən ekspertlər ailələrə uşaq pulunun ayrılmasını vacib sayırlar?

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, çətin həyat şəraitində yaşayan ailələrə uşaq pulu ayrılmalıdır.

Onun fikrincə, uşaq pulunun bərpası məsələsi təbii ki, bütün uşaqsevərlər, onların gələcəyinin hormanal inkişafında maraqlı olan tərəflərin istəyidir.

"Bu vəsaitin başdantutma hər kəsə verilməsinin mən də əleyhinəyəm. Çünki bu sosial ədalət pinsipini pozmuş olur. Ailənin rifah halı yaxşıdırsa, onlara pul ayrılması məqbul deyil. Lakin çətin həyat şəraitində yaşayan ailələrə uşaq pulu deyilən vəsaitin ayrılmasını dəstəkləyirəm. Fikrimcə, uşaq pulunun ilkin olaraq çox uşağlı ailələrə verilsə sonradan mexanizm tam aydın olar. Hazırki dövrdə əgər biz inetlektual və tam sağlam uşaq böyütmək istəyiriksə, bu təbii ki, iqtisadçılar tərəfindən hesablanmalıdır. Gündəlik həyatımızda uşaqların maraq və ehtiyaclarını təmin etmək az pul tələb etmir. Təbii ki mən tam təhsil və sağlamlıq çərçivəisndə hesablayıram. Burda uşağın "iPhone” və s. kimi maraqları hesablanmır”, - deyə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aytən Mustafayeva deyir ki, o da uşaq pulunun bərpasının əleyhinə deyil, lakin real vəziyyət də nəzərə alınmalıdır.

Onun sözlərinə görə, dəfələrlə bu mövzu Milli Məclisdə, Əmək və sosial siyasət komitəsinin iclaslarında müzakirə edilib.

"Bilirsiniz, ilk növbədə demoqrafik vəziyyətə görə bunun tərəfdarıyam. Bu ailələri həvəsləndirmək, əhalinin sayını artırmaq üçün vacibdir. Hətta onu da istəyirəm ki, çoxuşaqlı ailələrə də yardım edilsin. Ən azı hansısa kiçik təltiflər olsun. Ancaq bütün hallarda reallığı da nəzərə almaq lazımdır. Bu gün dövlət büdcəsindən bir çox sahələrə maliyyə ayrılır, ölkə daxilinə va xaricinə ciddi yatırımlar edilir, müxtəlif sahələrdə bir çox xərclər olur ki, uşaq pulunun yenidən bərpası real görünmür. Biz Sosial müdafiə naziri ilə də bu mövzunu müzakirə edəndə, görürük ki, dövlət büdcəsinin imkanları bunu həyata keçirmək üçün o qədər də əlverişli deyil. Ancaq bütün hallarda ehtiyacı olan ailələrə ünvanlı sosial yardımlar verilir. Fiziki məhdudiyyətli şəxslərə pensiyalar təyin olunur. Yenə də, gələcəkdə dövlət büdcəsinin imkanları genişlənəndə bu məsələni də qaldırıb həll etmək mümkün olacaq”, - deyə millət vəkili Aytən Mustafayeva bildirib.

Iqtisadçı ekspert Nemət Əliyev isə deyir ki, əgər dövlət həqiqətən də uşaq pulunun verilməsində maraqlıdırsa, bunun üçün imkanlar tapacaq.

Onun sözlərinə görə, ünvanlı sosial yardım və digər ödənişlərin uşaq pulu ilə heç bir əlaqəsi yoxdur.

"Bilirsiniz, ünvanlı sosial yardım və digər ödənişlərin uşaq pulu ilə heç bir əlaqəsi yoxdur. Ünvanlı sosial yardım və ya pensiyalar müxtəlif təbəqənin adamlarına, özü də çox çətin prosedurlardan sonra verilir. Ancaq uşaqpulu fərqlidir. Bu, uşaqların sağlamlığı, təhsili, və qidalanması üçün çox önəmlidir və dövlətin gəlirləri imkan verir ki, uşaq pulunu bərpa etsinlər. Dövlət büdcəsində yeyinti olmasın, digər xərclərə qənaət olunsun və uşaq pulu üçün nəzərdə tutulan vəsait hazırlansın. Gürcüstan nümunəsi var, Rusiya nümunəsi var. Hətta Rusiyada daha geniş imkanlar var. Uşaqlar müəyyən yaşa çatana qədər onlara pulsuz ağartı məhsulları da verilir. Ancaq Azərbaycanda bunlarınheç birini görmürük. Dediyim kimi, dövlət maraqlıdırsa, bərpa edəcək, etmir, ona görə ki, maraqlı deyil”, - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Son xəbərlər

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

4 il ardıcıl Olimpiada qalibi oldu, universitetə imtahansız qəbul edildi

İran Küveytə hücumu təkzib etdi

Analarının öldürüldüyünü qonşulara uşaqları xəbər veriblər

Bu ölkə digərinin həbsxanasını icarəyə götürəcək

Sammitə görə Fransaya gedəcək

Narkotest nəticələri müsbət çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Afiq Göyçəli : Ayrılıq çox çəkdi, Vətənə gəldim - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930