
Xəbərlər
27.03.2021, 21:10
Bakıda 30 000 dollarlıq oğurluq olub
Yasamal rayon ərazisində qarajların birindən 30 000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlanıb.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










