Prezident: Biz öz vəzifəmizi tamamlamışıq, əraziləri azad etmişik"Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb".

Turaztv.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər.

Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik. Bilirəm ki, bu günlərdə çox məşğulsunuz, çox ölkəyə səfər edirsiniz. Mən sizi Azərbaycanda görməyə çox şadam. Ümidvaram ki, ölkəmizə səfəriniz çox məhsuldar olacaq. Bir daha xoş gəlmisiniz".

Son xəbərlər

SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Sənubər Səhər : Xeyr və şər təlatümü

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

NK-dan yeni qərar: Mustafayev sədr seçildi

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

Tarkan pulsuz konsert verəcək

Prezident seçkilərində namizəd olmayacağını açıqladı

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Türkiyədə gənc reper vəfat etdi - Fotolar

III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər

SÖZÜN ƏTRİNİ DAŞIYAN ŞAİR - FOTO

Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib

Şəfəq Qəsəbəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Münasibətilə Tədbir Keçirilib

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr

Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

SEPAH ABŞ və İsrailə məxsus gəmini vurduğunu açıqlayıb

Tanınmış cərrah 44 yaşda vəfat etdi — FOTO

5 yaşlı uşaq su anbarına düşüb öldü

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930