İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi


Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.


Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.


Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.


İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır”.

Son xəbərlər

İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək

DSMF bu təcrübələrinə görə mükafatlandırıldı

Daha 6 itkin-şəhid dəfn olunacaq

“Netflix”i aldatmışdı - Həbs edildi

Kirkorovun malikanəsində yoxlama aparıldı

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

YOLA ÇIXARKƏN DƏ DİQQƏT, UZAQDA OLARKƏN DƏ QAYĞI… - FOTO

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında - FOTO

İyulun ilk gününə olan hava proqnozu açıqlanıb

Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib

Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir

Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq

QİSMƏTİMƏ QOŞALAYIB ZƏR ATDILAR,TƏKƏ DÜŞDÜ, HA ÇALIŞDIM TABAĞIMA ƏN BALACA TİKƏ DÜŞDÜ - FOTO

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto

Şahbaz Şərif və İran Türkiyəyə səfər edəcək

Sumqayıtda çörək almaq üçün evdən çıxan qız itkin düşdü

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTOLAR

Nilsudan 2 milyonluq yatırım

Pirşağıda dənizdə batan qadın müəllim imiş

7-ci dəfə evləndi - Fotolar

MİNNƏTDARLIQ BORCU...

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930