Naxçıvanda NATO AMİLİ: Türkiyə ermənilərin canına necə qorxu salıb?

Türkiyə ordusunun Naxçıvana yerləşməsi barədə xəbərlər Ermənistanda ciddi narahatlıq yaradıb. Türkün qüdrətinə yaxşı bələd olan İrəvan, məsələni regional müstəviyə daşımaqla, Rusiyanın Azərbaycan üzərində təzyiqini artırmasına çalışır.

Ermənilər Türkiyənin NATO üzvü olmasını daha çox qabardır. Çünki İrəvan NATO amilini qabartmaqla, Moskvanı qıcıqlandırmaq istəyir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, Azərbaycanın öz gücü ermənilərə cavab verməyə kifayət edir:



“Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında hərbi müstəvidə olan əməkdaşlığa ikitərəfli münasibətlər prizmasından baxmaq lazımdır. Bunu NATO səviyyəsinə qaldırmaq, reallıqda bizə çoxlu risklər gətirə bilər. Ermənilər Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirərək NATO-nu bu regiona cəlb edəcəyini iddia edirlər. Bununla onlar Rusiyanın bölgədə müqavimətini artırmasına, Azərbaycana təzyiqlər etməsinə şərait yaratmaq istəyirlər. Hələ ki, Azərbaycan-Türkiyə əməkdaşlığı Rusiyada qıcıq yaratmır. Ona görə də NATO prizmasından bu məsələyə baxmalı olduğumuzu düşünmürəm. NATO-nu hansısa bir yolla regiona gətirmək lazım deyil. Çünki NATO-Rusiya qarşıdurması Azərbaycanın xeyrinə olmaz. Azərbaycanın milli maraqları var və bu kimi məsələlərə bu maraqlardan çıxış edərək reaksiya vermək lazımdır”.

Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının indiki dönəmi 2010-cu ildə qəbul olunmuş sənədə əsaslanır:

“2010-cu ildə iki ölkə arasında geniş əməkdaşlığı nəzərdə tutan kompleks sənəd imzalanıb. Bu sənədə görə hər iki tərəf strateji maraqları və bölgədə olan riskləri nəzərə alaraq, bir-birinə yardım etmək qərarına gəlib. Yəni sırf bu nöqteyi-nəzərdən əməkdaşlıq aparılır, hərbi təlimlər keçirilir. Türkiyə Azərbaycanın ordu quruculuğunda illərdir yaxından iştirak edir, əsgərlərimiz Türkiyədə təlimlər keçir, hətta birgə əməliyyatlarda iştirak edirlər. Amma bizim əməkdaşlığımız xaricdən olan riskləri minimuma endirmək üçün nəzərdə tutulub. Bu, ermənilərə də mesajdır”.

İ. Vəlizadə vurğulayıb ki, Naxçıvana hər hansı real təhlükə olsa, Türkiyənin də müdaxilə etmək haqqı var:

“Amma unutmamalıyıq ki, Azərbaycan ordusu olacaq təxribatları və riskləri dəf etmək gücündədir. Bizə əslində Türkiyənin hərbi yardımı o qədər də lazım deyil. Doğrudur, əgər digər ölkələr ermənilərə yardım göstərsə, bu məsələyə müdaxilə etsə, onda Azərbaycan da Türkiyədən kömək istəyə bilər. 2010-cu ildə imzaladığımız saziş buna imkan verir”.

Politoloq bildirib ki, əsas məsələ bu təlimlər ətrafında yaranan spekulyasiyalara getməməkdir:

“Ermənilər tərəfindən yayılan iddialarda Türkiyə-Azərbaycan qruplaşmasının yaradıldığı, yaxın gələcəkdə Ermənistana hücum edəcəkləri ilə bağlı həyəcan təbili çalınır. Amma elə bir şey ortada yoxdur. Keçirilən təlimlər ikitərəfli hərbi-siyasi əməkdaşlığın möhkəmlənməsinə yönələn addımlardır. İki ölkənin yaxınlığı regionda olan aktorlar tərəfindən də hiss olunmalıdır”.

Son xəbərlər

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Nazir minimum əməkhaqqının artırılması üçün görülən işlərdən danışıb

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930