“Azad edilmiş bölgələrdə 21-ci əsrin şəhər və qəsəbələrini qurmalıyıq” - ekspert danışır

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdamın böyük hissəsi işğal edildi. Ərazisinin 77,4%-i, yəni bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon dolları məbləğində ziyan vurdu.

Bəs, Ağdamın və ümumiyyətlə işğalda olan torpaqların azad edilməsi, iqtisadi baxımdan ölkəmizə hansı üstünlüklər qazandıracaq?

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, məsələyə daha kompleks şəkildə yanaşmaq lazımdır: “Ümumiyyətlə, işğaldan azad edilmiş bütün ərazilərin həm bərpa işinə, həm iqtisadi infrastukturun yaradılmasına, həm də iqtisadi sahələrin bir-biri ilə koorperasiya şəklində qurulmasına birbaşa yanaşmalyıq. Təbii ki, işğaldan azad edilmiş hər bir rayonun öz üstünlükləri, qazancları və yarada biləcəyi iqtisadi effektlər var. Amma ümumilikdə biz işğaldan azad edilmiş torpaqların tamamilə ayrı-ayrı rayonlar üzrə yox, bütövlükdə həm bərpa, həm bir-biri ilə iqtisadi münasibətlər planının qurulmasında fayda var və bu, həm kənd təsərrüfatı, həm də turizmlə bağlı çox ciddi fürsətlərə və potensiallara yol açacaq”.

“Amma biz azad edilmiş ərazilərdə artıq 21-ci əsrin şəhər və qəsəbələrini qurmalıyıq. İqtisadiyyat innovativ olmalı, smart şəhərlər qurulmalı, aqrar sahəyə daha texnloji yanaşmalı və bu sahə ilə bağlı ayrıca plan olmalıdır. Həmçinin, həmin ərazilərin faydalı qazıntıları ilə münasibət də başqa formada olmalıdır. Yəni, biz işğaldan azad edilmiş torpaqların tamamının bir-birinə iqtisadi inteqrasiyasını da görməli, bunun planlarını əvvəlcədən qurmalıyıq”, - ekspert vurğulayıb.

İqtisadçının sözlərinə görə, bunun üçün xüsusi plan olmalıdır: “Yəni, tək Ağdamla bağlı deyil, bütün azad edilmiş rayonların, iqtisadi bölgələrin ümumi baş planı olmalıdır. Məsələn, Ağdamda emal müəssisə planlayırıqsa, həmin emal müəssisəsinə Füzulidən, Qubadlıdan, Cəbaryıldan da məhsullar gətirilməlidir. Ya da əksinə, digər rayonda hansısa müəssisə qurulacaqsa, Ağdamın da orada iştirak payını nəzərə almalıyıq. Yəni, bu, birbaşa inteqrasiya olunmuş və 21-ci əsrə uyğun bərpa planı olmalıdır”.

“Bu, daha doğrudur. Çünki belə olduqda həm iqtisadi fürsətlər genişlənəcək, həm regionların bir-biri ilə inteqrasiyası artacaq, həm də iş yerlərinin artması üçün əlavə fürsətlər yaranacaq. Biz məsələyə doğru yanaşsaq, ən azı yaxn 10 ildə işğal altından azad olunmuş torpaqların bərpası ölkə iqtisadiyyatının lokomotivinə çevrilə bilər və biz buna görə də resurslardan asılılığımızı da azalda bilərik”, - Cəfərli qeyd edib.

“Amma bir daha təkrar edirəm, burada bütün şəhərləri əhatə edən və yaxşı düşünülmüş baş plan olmalıdır. Bəlkə də qəsəbələrin yaradılmasına daha çox ehtiyac olacaq, bəlkə də ayrı- ayrı kəndlərin bərpa olunması iqtisadi yöndən effetkiv olmayacaq və həmin kəndləri bir-birinə birləşdirərək böyük qəsəbələrin yaradılmasına ehtiyac yaranacaq. Yəni, bir çox hallarda üç istiqamət üzrə - təhlükəsizlik, infrastuktur və iqtisadi fürsətlərlə birgə bütöv regiona baxmaq lazım olacaq”, -deyə müsahibimizm fikrini yekunlaşdırıb.

Son xəbərlər

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031