Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir

Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük vətən müharibəsində işğaldan azad olunan şəhər və kəndlərə zəfər bayraqları sancmaqda ikən digər tərəfdən də artıq həmin torpaqlarda tikinti, quruculuq işlərinə start verilib. İlk olaraq, infstrukturun ana xətti olan yol tikintisinin həyata keçirilməsi üçün tapşırıq verilib. Belə ki, prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Bu xəbər həm də cəmiyyətə siyasi, psixoloji mənada çox pozitiv təsir edib və artıq dövlətimizin bu savaşda qələbəyə əminliyinin göstəricisi kimi qiymətləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, ilk növbədə Talış və Suqovuşan kəndlərinə yol çəkilir: “Bu yollar tarixi yollardır və onların çəkilməsinin tarixi, strateji əhəmiyyəti çox böyükdür. Çünki artıq Qarabağa şimal istiqamətindən gedən yolları da məhz bu ərazidən başlayaraq çəkilməsinə start verilir. Təbii ki, cənubdan da ölkə başçısının tapşırığına uyğun olaraq yolların çəkilməsinə start veriləcək. Yaxın vaxtlarda bu işlər də reallaşacaq. 30 ilə yaxındır o ərazilər işğal altındadır və o ərazilərdə infrastruktur demək olar ki, tamamilə sıradan çıxarılıb. Yollar demək olar ki, yoxdur. Biz oradan mətbuata bir neçə şəkil təqdim etmişdik. Yolun izi belə qalmayıb, tamamilə sıradan çıxıb. Orada hər hansı infrastruktur layihələrinin həyata keçirilməsi üçün yolun çəkilməsi birinci növbədə vacibdir. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var. Həmin tapşırığa uyğun olaraq üçüncü gündür ki, həmin ərazidə işlər aparılır. Biz çalışacağıq ki, qısa müddət ərzində 1 aya, ayyarıma bu işləri başa çatdıraq. 29 kilometr uzunluğunda yoldur, ancaq gecə -gündüz çalışaraq işləri vaxtında həyata keçirməyə çalışacağıq. Kifayət qədər çoxlu sayda canlı qüvvə və texnika cəlb etmişik. Yol bərpa olunmalıdır ki, sonrakı mərhələdə növbəti infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaransın”.
Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir

Anar Nəcəfli

A.Nəcəflinin sözlərinə görə, digər işğaldan azad olunan ərazilərimiz də var ki, orada da işlərin aparılması planlaşdırılır: “Ölkə başçısının tapşırığını gözləyirik. Maddi-texniki bazamız buna imkan verir ki, qısa müddət ərzində tapşırığa uyğun olaraq yol infrastrukturu yenilənsin. Bizim təkcə respublika və yerli əhəmiyyətli yollarımız deyil, magistral yolumuzun da bir hissəsi işğal altında idi. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan respublikası sərhəddindən dönən magistral avtomobil yolumzun 110 kilometrlik hissəsi işğal altında idi. Artıq ordumuzun əks-hücumu nəticəsində həmin ərazilər də təmizlənir, bu magistral yolun da bərpası gündəmdədir. Ümid edirik ki, yaxın günlərdə ölkə başçısının tapşırığına uyğun olaraq biz həmin magistralın bərpasına başlayacağıq. Çünki Hacıqabuldan Horadizə qədər tam olaraq 180 kilometrlik yolumuz müasir şəkildə bərpa olunub, istifadədədir. Horadizdən başlayaraq, artıq Mincivan və Ermənistan sərhəddinə qədər də biz o yolun bərpasını təmin edə bilərik. Bu istiqamətdə tapşırıq olan kimi işlərə başlanılacaq”.

Qeyd edək ki, işğaldan azad olunan ərazolərin bərpası istiqamətində işlərə “Azərenerji” və “Azərişıq” ASC-lər də qoşulub. “Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzi məlumat yayıb. Bildirilir ki, “Azərişıq” ASC də 35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.
Savaş bitmədən abadlıq işlərinə başlandı: azad olunan ərazilərə yol və işıq çəkilir

Fəzail Ağamalı: “Bu, Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir”

Millət vəkili Fəzail Ağamalı da artıq müharibə gedə-gedə quruculuq, infrastruktur işlərinə başlanılmasının əhəmiyyətini yüksək qiymətləndirdi: “Bu, bir daha Azərbaycanın güclü dövlət olduğunu, onun strukturlarının yüksək şəkildə öz vəzifəsini həyata keçirməyə sadiq olduğunu göstərir, bu işlərin həyata keçirilməsinin vacib olmasından xəbər verir. Digər tərəfdən mən dünən belə bir məlumat da aldım ki, işğaldan azad olunmuş rayonlarımızın elektrik enerjisinin bərpası istiqamətində də iş gedir. Artıq planlama işləri üzərində ciddi araşdırmalar ortaya qoyulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də işğaldan azad olunan torpaqlarımızla bağlı məlumatları son dərəcə qiymətlidir. Bu qurum da öz səlahiyyətləri çərçivəsində fəaliyyətə keçib. Zamanı gəlincə, ”Azərsu" və “Azəriqaz” da eyni işləri görəcək. Bu həm də onun göstəricisidir ki, Azərbaycan həmin torpaqları əbədi olaraq işğaldan azad edir. Ermənistanın ən müxtəlif təxribatlarına, əks-hücumlarına baxmayaraq, bizim qəhrəman silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməkdədir. Hər gün yeni-yeni kəndlərimiz, qəsəbələrimiz düşmənin tapdağından azad edilir. Biz gözləyə bilmərik ki, Ermənistanla bu məsələ tamamilə həllini tapsın, sonra işlərə başlayaq. Bir tərəfdən ordumuz tarixə qızıl səhifələr yazırlar, torpaqlarımızı azad edir, digər tərəfdən, Azərbaycanın müvafiq strukturları onlara tapşırılan işi, öz üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirməyə başlayıblar. Bu, Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir və hər bir Azərbaycan vətəndaşında ciddi əminlik yaradır ki, həmin torpaqlar bundan sonra heç bir halda erməni tapdağında qalmayacaq".

Son xəbərlər

DGK: Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 faizi məmnunluğunu ifadə edib

Mahmud Abbas Türkiyəyə səfər edib

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Günəşin və işıqlı həyatın rəmzi - Od çərşənbəsi

Türkiyənin müdafiə naziri: Regionda terrorçuların fəallığı faktiki olaraq sıfıra endirilib

“Qarabağ”a qol vuran futbolçu 20 milyona satıldı

İstanbulda zəlzələ olub

İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırdı

N saylı hərbi hissənin əsgərinin odlu silahdan istifadə etməklə özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Almaniyada naməlum şəxs xəstəxanada insanları girov götürüb

“PUA satışında zirvədəyik” - Ərdoğan

Azərbaycanla Türkiyə arasında ekoloji sahədə əməkdaşlıq müzakirə edilib

Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

BDU-nun II kurs tələbəsi VƏFAT ETDİ - FOTO

Azərbaycanda dörd böyük xəstəxanaya yeni direktor TƏYİNATLARI - FOTO

Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb

Teleqramın işində problem yarandı

Türk lirəsi ilə ticarətin həcmi son 2 ayda 200 milyardı aşıb

Qrossi Rusiyaya gedəcək

Gəncə İcra Hakimiyyətində əməliyyat keçirildiyi təsdiqləndi

"Fənərbaxça" - "Qalatasaray" matçının saatı dəyişdirildi

“Kişilik məktəbi”: Hərbi çağırış sistemindən yenilik nələr vəd edir...

Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur

“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”

İrəvanda saxlanılan hərbçimizin atası: Görüş olacaq

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Ermənistan və Azərbaycan sülhə ilk dəfədir ki, bu qədər yaxındır - Türk deputat

Azərbaycanda kino ittifaqları birləşir - İkitirəliyə son verilir...

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031