“Fransa Prezidenti mənə iki dəfə zəng edib, mən ona dedim ki...” - İlham Əliyev


"Son on gün ərzində, ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər?".

Modern.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib.

Ölkə başçısı fkirini belə davam etdirib:

"Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüş zonasında etdiyimiz internetdə göstərilir. Bizim müasir dronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərini necə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca o birini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlarda bayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır.

Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar".

Son xəbərlər

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930