Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - QALMAQALƏli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - QALMAQAL



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus S Aqro MMC-də qalmaqal yaşanır.

"Turaztv.az" carciTV-yə istinadən xəbər verir ki, bu haqda Avropa.info-ya şirkətin əməkdaşları məlumat veriblər.

Məlumata görə, spirtli içkilərin istehsalı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olub. "Şamxal Həsənlinin S Aqro MMC-yə direktor olaraq təyin etdiyi Oral Ağakişiyev əməkdaşlarla əsl kölə kimi davranır. Şirkət işçilərin maaş kartlarını özlərinə vermir. Biz qanunla nə qədər maaş aldığımızı belə bilmirik. Sadəcə aylıq bir kağıza imza atıb maaş alırıq. Maaş kartlarını isə özlərində saxlayırlar. Şirkət ciddi mənada vergidən yayınır. Belə ki, kiçik dükanlara və mağazalara qeyri-rəsmi satış edilir və bu fakt vergidən gizlədilir. Ən qəribəsi budur ki, kiçik dükanlara edilən bu qeyri-rəsmi satış işçilərə "yüklənilir”. Bu kiçik dükanlar şirkətdən aldığı məhsulun pulunu vaxtında qaytara bilmirsə, şirkət bu pulu əməkdaşların üzərinə yazır. Sonra da bizim maaşımızdan həmin pulu tuturlar. Beləliklə işçiləri süni yolla şirkətə borclu edirlər. Eyni zamanda şirkətin istifadəsində olan bütün yük daşıyan avtomobillərin xərcləri də əməkdaşların üzərindədir. Yəni avtomobilin gündəlik benzin sərfiyyatı və təmir xərclərini işçilər öz maaşlarından ödəyir. Biz isə aldığımız 700-800 manat maaşla bunun öhdəsindən gələ bilmirik. Əməkdaşların çoxu işdən çıxmaq istəyir, lakin şirkət tərəfindən borcla "yükləndiyi” üçün azad ola bilmirik” – S Aqro MMC-nin adının çəkilməsini istəməyən ekspeditorlarından biri Avropa.info-ya belə deyir.

Şirkət işçilərinin Avropa.info-ya verdiyi məlumata görə, uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbar əslində S Aqro MMC-nin ixtiyarında olub.

"S Aqro MMC Əli Həsənovun oğlu Şaxmal Həsənliyə məxsusdur. Bu səbəbdən Əli Həsənovun nəzarətində olan BMM-in anbarı bizim şirkətin ixtiyarına verilib. Həmin anbara satış üçün gedəcək spirtli içkilər, əsasən də araq məhsulları yığılır. Mən demək olar ki, hər gün o anbara gedirəm. Hal-hazırda da BMM-in anbarı S Aqro MMC-nin araq anbarı kimi fəaliyyət göstərir. Bizə dedilər ki, yaxın günlərdə anbar boşladılacaq” – S Aqro MMC-nin işçilərindən biri belə deyir.

Son xəbərlər

Türkiyənin bir neçə əyalətində sel və torpaq sürüşmələri baş verib

"Qalatasaray"da 85 milyon avroluq şok müqavilə

Stalinin nadir şərab kolleksiyası hərraca çıxarılır - FOTO

Maaşlarla bağlı deputatdan ŞAD XƏBƏR: 660 manatdan yuxarı...

ABŞ-da tuneldə qatar yanıb, 5 nəfər xəsarət alıb

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Gülnarə Məhəmmədqızı : Evin Qanunu - FOTO

MƏMMƏD QƏDİR : Dərk edir - FOTO

Təbriz hava limanı fəaliyyətini bərpa etdi

Məktəb direktoru vəfat etdi

KİV: Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib

Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var - Yenilənib

Smartfonun dinlənildiyini necə anlamaq olar?

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Müstəqillik Günü San Pauloda xüsusi işıq proeksiyası və vizual nümayişlə qeyd olunub

Kərkini təhvil verməyə hazırlaşırlar... - Kənddə nələr baş verir?

Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib

Müəllifi: Natella Nur : SEHİRLİ SƏS - FOTO

İlk dəfə qızları ilə görüntüləndilər

“Eleni” təzminat ödəyə bilər - Son anda qərar dəyişdi

Atasının soyadından imtina edir - Fotolar

11 milyonu lüks maşınlara və döşəklərə xərclədi

BƏHRUZ MƏMMƏDOV : Yuxuma necə girib onun isti nəfəsi? - FOTO

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

Şənbə günü yağış yağacaq - PROQNOZ

"Çukur"un aktyoru yeni serialda - FOTO

Prezidentdən Asəf Hacıyevlə bağlı - Sərəncam

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031