
Xəbərlər
29.05.2026, 12:36
VAQİF VÜQAR : Toz basmış bir şəkil,xatirə qalır... - FOTO
Uzun şeirlərdən yaxanı qurtar,
Min bir məna axtar kiçicik sözdə.
Hər cümlə bir yeni fikir yaradar
Duyğular gətirər qafiyəsiz də.
Şeir bir udumluq hava kimidir,
Bir ağız səsləndir, bir ağız oxu.
Sevdiyin bu dünya könül evidir,
Fırlanır yerində, dövr edir çoxu.
Sevdikcə insana məkandır yer, göy
Sözə maya olur ən böyük hisslər,
Görürsən vaxt ötür, dəyişir çox şey,
Xəyal köhlənindən düşür həvəslər.
Kitablar yazılır bax qalaq-qalaq,
Düşür ayaq altda öz rəfindən.
Fələyin hökmündən kim sağ çıxacaq
Şahidlik edəcək söz tərəfindən.
İşartı, qaraltı üfüqdə itir,
Oxucu yorulur,maraq azalır.
Bəzi şairlərin zamanı bitir
Toz basmış bir şəkil,xatirə qalır...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













