Vahid Əhmədov: "Dövlət tərəfindən buna çox sərt reaksiya verilməlidir"Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarına Livan, Suriya və s. dövlətdən erməniləri köçürməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir. Maraqlıdır, öz vətəndaşlarının sosial-iqtisaid problemlərini həll edə bilməyən Ermənistan xarici dövlətlərdən gətirilən ermənilərin ehtiyaclarını qarşılamaq üçün gərəkli potensiala malikdirmi? İşğal edilmiş Azərbaycan torpaqlarına erməni axını rəsmi İrəvanın iqtisadi və maliyyə vəziyyətini daha da ağırlaşdıra bilərmi?



Millət vəkili Vahid Əhmədov məlum problemin kifayət qədər ciddi olduğunu vurğuladı: “Bu, olduqca təhlükəli bir prosesdir. Bununla bağlı prezidentin köməkçisi Hikmət Hacıyev də açıqlama verdi, baş verənlərin mahiyyətinə aydınlıq gətirdi, Ermənistanın məkrli siyasətini ifşa etdi. Qarabağın Azərbaycan ərazisi olmasına baxmayaraq, onlar faktiki olaraq bu ərazini terror yuvasına döndərib. Ora yığılanların 90%-i terrorçulardır. Hesab edirəm ki, dövlət tərəfindən buna çox sərt reaksiya verilməlidir. Bu məsələnin araşdırılması üçün də beynəlxalq təşkilatlara müraciət edilməlidir. Düşmən görür ki, Qarabağın azadlığı istiqamətində Azərbaycanın dövlət başçısı çox ciddi iş aparmaqdadır. Türkiyə dövləti də bu məsələdə Azərbaycanın yanındadır. Ermənistan başa düşür ki, Azərbaycan qısa zaman ərzində işğaldakı torpaqlarını azad edəcək. Buna görə də işğaldakı ərazilərə terrorçuları, muzdluları yığmağa çalışırlar. Hansı ki, sabah müharibə başlasa, onları güllə qabağına verəcəklər.



Ermənistanın iqtisadi baxımdan acınacaqlı durumda olduğu hər kəsə bəllidir. Bu baxımdan ola bilsin ki, İrəvan işğal edilmiş Azərbaycan torpaqlarına köçürülən ermənilərin sosial-iqtisadi problemlərini xaricdəki erməni diasporları, müxtəlif ianələr və s. hesabına təmin etməyə çalışacaq. Təbii ki, Ermənistanın bu cəhdləri Azərbaycanın işğaldakı torpaqları azad etməsinə mane olmayacaq. Lakin istənilən halda dövlətimizin bu məsələni beynəlxalq təşkilatlar qarşısında ciddi şəkildə qaldırmasına ehtiyac var”. /Moderator.az

Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031