Turaztv.az » Xəbərlər » Natella Nur : YAXŞILIQ QALIR - FOTO
Xəbərlər

Natella Nur : YAXŞILIQ QALIR - FOTO

29.10.2026, 21:02 12
Yalan ayaq tutub yaman bərk gedir,
Düzlər həya edib geri çəkilir.
Oğrular qol açıb elə danışır,
Biçarə haqlını borclu çıxarır.

Hər yalan sözlərdən qulaqlar küsür,
Ayağın altında yer də üşüyür.
Ürəklər dözməyir, alışır- yanır,
Yandıqca hissləri qəmli ney çalır.

Yaradan hamıya tamaşa edir,
O, şah əsərini sınağa çəkir.
İmkan verir, hər an bizi yoxlayır,
Sonda isə hökmü ilə qandırır...

Kimə cəza, kimə mükafat verir,
Hər kəsə öz payı, cavabı gəlir.
Həyat belə gedir, hamı sınanır,
İnsana etdiyi yaxşılıq qalır.

Xeyirxah insanlar ağaca bənzər,
Kölgəsi həmişə özgəyə düşər.
Barın- bəhərini ətrafı yeyər,
Bunun əvəzini tək Allah verər...

Oxşar xəbərlər