Xəbərlər
Xalq artisti Zaur Rzayev vəfat edib
Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin bu gün saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
















