Xəbərlər
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb.
Bu barədə İstanbul prokurorluğundan bildirilib.
Məlumata görə, bələdiyyə sədri Üsküdar Bələdiyyəsində tikinti və yaşayış icazəsi əməliyyatlarında qanunazidd fəaliyyət göstərərək rüşvət almaqda ittiham olunur.
Qeyd edilib ki, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Üsküdar Bələdiyyə sədrinin müavini, müşaviri, katibi və başqa bölmələrin məsul şəxsləri tikinti və yaşayış icazəsi verilməsi zamanı rüşvət almaqda şübhəli bilinirlər.
Sinem Dedetaş haqqında rüşvət, cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə maddələri üzrə istintaq başlayıb.















