Xəbərlər
8.09.2026, 20:57
Qəzənfər Məsimoğlu : Gəl öz adamına yiyə dur, Adam - FOTO
A D A M
Bilirəm havandı vüsal havası,
Olmuşam ruhunun şirin nəvası.
Ömrümdü ömrünün zövqü-səfası,
Sevgi məhəbbətdən dəyə qur, Adam.
Göylərdən süzülən həzin səsdəsən,
Küləklər yazdığı özəl bəstəsən.
Ürəyim nə deyir, bilmək istəsən,
Əlini sinəmin üstə vur, Adam.
Dünyaya gəldiyim ayım, ilimsən,
Anam öyrətdiyi doğma dilimsən,
Sonum, qiyamətim, İsrafilimsən,
Ölsəm həsrətimi elə Sur, Adam.
Dilim öyrəşməyib qeyri yad ada,
Eşqdən uzaq durar hər cür qada da.
Qorxma ölümümdən, o dünyada da
Meraca çıxdığım ulu Tur Adam.
Günəşim sanmışam üzünü sənin,
Öpürəm qəlbimdə izini sənin.
Qoruya bilmirəm Qəzini sənin,
Gəl öz adamına yiyə dur, Adam.


Bilirəm havandı vüsal havası,
Olmuşam ruhunun şirin nəvası.
Ömrümdü ömrünün zövqü-səfası,
Sevgi məhəbbətdən dəyə qur, Adam.
Göylərdən süzülən həzin səsdəsən,
Küləklər yazdığı özəl bəstəsən.
Ürəyim nə deyir, bilmək istəsən,
Əlini sinəmin üstə vur, Adam.
Dünyaya gəldiyim ayım, ilimsən,
Anam öyrətdiyi doğma dilimsən,
Sonum, qiyamətim, İsrafilimsən,
Ölsəm həsrətimi elə Sur, Adam.
Dilim öyrəşməyib qeyri yad ada,
Eşqdən uzaq durar hər cür qada da.
Qorxma ölümümdən, o dünyada da
Meraca çıxdığım ulu Tur Adam.
Günəşim sanmışam üzünü sənin,
Öpürəm qəlbimdə izini sənin.
Qoruya bilmirəm Qəzini sənin,
Gəl öz adamına yiyə dur, Adam.


Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



