Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb


“2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə müəyyən dəyişikliyin edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilir.
Hazırlanan təlimata görə, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin bu şərtləri yerinə yetirməsi vacibdir:

- İmtahana gələrkən aşağıdakı sənədləri gətirmək mütləqdir:

a) şəxsiyyəti təsdiq edən sənəd;

b) şəxsi səhifədən çıxarış;

c) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsi;

- Namizəd şəxs səhifəsində qeyd olunan vaxtda müəyyən edilmiş imtahan mərkəzində olmalıdır;

- Namizəd imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskadan istifadə bütün proses boyu mütləqdir (şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdə müvəqqəti olaraq maskanı çıxarmaq olar);

- İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılır və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur.

İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır;

- Yoxlamadan keçərkən namizəd sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməli və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxararaq, üzünü göstərməlidir;

- Namizədi müşayiət edənlər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar;

Namizədlər özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və qeyd olunanlara riayət etməlidirlər. İmtahan prosesində tibbi maskasını çıxaran və təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirməyən namizəd imtahandan uzaqlaşdırılacaq və imtahan nəticəsi ləğv ediləcək. Həmin namizəd cari il təkrar müsabiqədə iştirak edə bilməyəcək.

Son xəbərlər

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031