MUSA QƏNİYEV,
Azərbaycan Tibb Universiteti,
Tibb Elmləri Doktoru, Professor


UŞAQPULU VERİLMƏLİDİR YA YOX
(və ya, cəmiyyətdə bu məsələyə fərqli yanaşmaya səbəb nədir)

Əslində sosialist təfəkkür tərzi süquta uğrayandan, yəni müstəqilləşdiyimiz son 36 ildə, bu məsələ daima müzakirə mövzusu olmuşdur. Cəmiyyətdə üzdə olan bəzi tanınmışlar, müxtəlif səbəblər gətirərək, bunun zərurət olmadığını, söyləyirlər. Böyük əksəriyyət isə, bu söyləntiləri Dövlətə "yarınmaq" kim qəbul edir, onları təhqir edir, söyür, hətta "xəstə" adlandırırlar.
Əvvəla, sosial dəstək, istək və arzudan asılı deyildir, bu qərarı Dövlət verir. Belə olan halda, fərdlər arasında yaranan fərqli yanaşmaya səbəb nədir? Bu paylaşım, məlum sualın sübutlu elmi təhlilinə həsr olunmuşdur.
Burada məqsəd kiminsə söylədiyinə münasibət bildirmək deyildir, fərqli fikirlərin yaranma mexanizminin incələnməsi və gələcəkdə əksqütblü cəbhəyə birdəfəlik son nöqtənin qoyulmasıdır.

Əvvəla, uşaqpulunun verilməsinə, yəni ailələrə sosial dəstəyə əks fikir söyləyənlərə, Dövlətin heç bir ehtiyacı yoxdur. Hətta belə söyləntilər, ictimai müzakirə və narazılığa səbəb olduğundan, Dövlət belə yanaşmanın tamamilə əksinə olmalıdır və əksinədir.
Bu cür düşüncə tərzinin yaranmasının yeganə səbəbi, hazırda qədəm qoyduğumuz sinifli cəmiyyətdir. Çünki bu cəmiyyət son olaraq yalnız iki- imkanlı (bunu "məlum səbəbdən" ali də adlandırırlar) və məzlum (birincilərə qulluq edən) insanlar qrupunu formalaşdırır.
Maddi təminatı, həyat şəraiti, yaşayış tərzi yüksəkdə olan birinci qrup, yəni idarəedənlər üçün, ikincilərin ehtiyac və real yaşayış durumunun dərki mümkünsüzdür. Yəni, öz reallığından kənara çıxa bilməyən insan, digər ailələrin bu pula, uşağın fundamental ehtiyacları üçün möhtac olduğunu duya bilmir.
Yəni burada savad və ya vəzifə heç bir rol oynaya bilməz. Çünki bu hal, baş beyinin reptil sisteminə bağlı, qarşısıalınmaz şərtsiz refleksdir.
Bu cür düşüncə tərzinə, bəzilərinin dediyi kimi patoloji hal kimi baxılmamalıdır. Söylədiyim səbəbdən, müəyyən sosiomədəni, psixoloji və idraki (koqnitiv) fərqliliklərlə bağlıdır.
Məsələn, formalaşan Koqnitiv və Analitik fərqliliyin əsasında, həmin insanlar sosial yardımı (uşaq pulunu) sadəcə "müftə pul" kimi görür və onun uşağın sağlamlığı, qidalanması, təhsili və gələcəkdə cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün, bir investisiya olduğunu qəbul etmir.
Başqa sözlə, digərlərinin ehtiyaclarını, xüsusən də aztəminatlı ailələrin, tək anaların və ya iqtisadi çətinlik çəkən insanların vəziyyətinə əksempatik yanaşma, məlum eqoist düşüncəyə yol açır.
​Psixologiyada "rigidlik" adlandırılan stereotipik düşüncə tərzi (məlum əks fikirlər) müasir dünyanın reallıqlarına, qadınların iqtisadi müstəqilliyinin ailə və cəmiyyət üçün nə qədər önəmli və zəruri olduğuna, adaptasiya etməyə imkan vermir. Yeni elmi, sosioloji və iqtisadi faktları qəbul etməkdə çətinlik törədir.
Son olaraq bildirirəm ki, ​Dünya təcrübəsində uşaq pulunun yoxsulluq riskini azaltdığı, ailədaxili ziddiyyətləri minimuma endirdiyi, valideyin azadlığı və rahat hərəkətinə (məsələn, uşağı bağçaya qoya bilməsinə) şərait yaratdığı sübut olunmiş həqiqətdir.
Bu səbəbdən, Dövlət bu təminatın həlli yollarını araşdırmalı və bütün yaş qrupları üzrə uşaqpulu verilməlidir. Bu tək günümüzün deyil, yaşadığımız dövrün zərurətidir.
Odur ki, bu haqda fərqli fikirlərin müzakirəsinə deyil, yalnız elmi əsasa istinad edən ​maariflənməyə və maarifləndirməyə ehtiyac vardır.


Elmi əsasa istinad edən  ​maariflənməyə və maarifləndirməyə ehtiyac vardır - FOTO

Son xəbərlər

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930