MUSA QƏNİYEV,
Azərbaycan Tibb Universiteti,
Tibb Elmləri Doktoru, Professor


Sosial şəbəkələrdə, əl enerjisi ilə müalicə edən, özbək əsilli İqbol Soliyevin saxlanıldığı və Bakıdan deportasiya edildiyi bildirilir. Müzakirələrə səbəb olan bu müalicəyə münasibət isə, ziddiyyətli və fərqlidir.
Əslində bütün tarixi dövrlərdə, müalicəyə dözümlülük göstərən xəstəliklər, özünəqapanma və ümüdsüzlük hissi yaratdığından, insanlar daima qeyri-ənənəvi müalicə üsullarına müraciət etmişlər. Bunlardan biri də, manual yəni əl enerjisilə müalicədir. Bu haqda ilk məlumat Bizim eradan 1560 il əvvəl Ebers papirusunda verilmişdir. İnduslar bunu- "Prana", çinlilər -"Çi", misirlilər –"Ka", yəhudilər –"Ekoq", yunanlar –"Təbiətin müalicəvi gücü", əlkimyacılar –"Həyat şirəsi" adlandırırdilar. Bu üsulun yayılmasının səbəbkarı Tokio universitetinin müəllimi, xristian-monax Mikao Usyu olmuş və onu "Reyki" ("Universal həyat enerjisi") adlandırmışdı.

Bütün dövrlərdə bu cür müalicəyə münasibət elmi deyil, sırf dini-sxolastik xarakterli olmuşdur.
Məsələnin elmi mahiyyəti isə, söylədiklərimdir:
Cismani mövcud­lu­ğunun təməl əsası hərəkətdir. Hərəkət impulsiv sinir aktivliyinin- elektirik yukünün, orqan və sistemlərə ötürülməsidir. Dölün ana bətnində ürək döyüntüləri başladığı andan, yəni hamiləliyin 1-ci ayının sonundan, postnatal inkişafın sonuna, yəni təbii ölümün başladığı ana qədər, canlı orqanizmdə həm lokal, həm də akson potensialının (elektrik yükü) olması mütləqdir.
Fərdin tipi, etnik, coğrafı, irqi və genetik xüsusiyyətindən asılı olaraq, bu elektrik yükünün voltaj, tezlik və amplitudası müxtəlif olur. Elektrik yükünün ətrafında isə, daima bu və ya digər dərəcədə elektrik və maqnit sahəsi mövcud olur. Sağlam insanların energetik sahəsi, yəni elektriklə əhatə olunmuş biosahəsi, onun bədənini bərabər şəkildə 2-3 metr məsafədə bürüyür.
Odur ki, “elektrik koefisenti” yüksək olan adamlarin bədəninə dəmir əşyalar yapışır, kiçik voltajlı elektrik lampalarını bədənə toxundurduqda işıq saçır, bəzi adamlara əllə toxunduqda adamı sankı tok vurur və s. Yəni elmli insan üçün, burada qaranlıq olan, qeyri-adi bir şey yoxdur. Bu klassik fizikadır. Sadəcə, savadsızlıq və dini fanatizm bunu dərk etməyə imkan vermir.
Söylədiyim səbəbdən, insan bədənindən, xususən ətraf amillərə son dərəcə həssas olan əl barmaqlarından, daima (ayaq barmaqları ilə müqayisədə 4 dəfə çox) enerji itkisi- ətraf mühitlə enerji mübadiləsi, gedir. Başqa sözlə, bədəndə olan elektrik enerjisi istilik enerjisi şəklində xarici aləmə verilir. Odur ki, əl enerjisilə müalicə, bir şəxsin digərinə istilik enerjisi şəklində bioyükün ötürülməsidir. Fiziki qanunlara görə bu halda, lokal sahədə qan dövranı yaxşılaşmalı, ağrı reseptorlarının həssaslığı azalmalı və yayındırıcı təsir meydana çıxmalıdır. Digər faktor, xəstədə yaranan daxili inam hissidir.
Yəni, əsasında "Suqqestiya"- təlqin duran bu hal, spesifik müalicə üsulu deyildir və uğurlu nəticəyə təminat vermir.
Digər tərəfdən, bilmək lazımdir ki, üzvi-destruktiv gedişli heç bir xəstəlik və patoloji proses zamani bu üsuldan istifadə etmək olmaz. Əks hal, hər iki şəxs üçün (həm xəstə, həm də bu işlə məşğul olan) faciəli nəticələrə- birinin ölümü, digərinin qəsdən adam öldürməsi ittihamı ilə həbsinə, səbəb ola bilər. Qeyri-peşə sahiblərinin isə, müalicə işi ilə məşğul olması (eyni zamanda özünü-müalicə) ümumiyyətlə cinayət məsuliyyətidir və bu haqda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində xüsusi ağırlaşdırıcı maddə nəzərdə tutulur.
P.S. Azərbaycan polisinin İqbol Soliyevə qarşı qərarı, ən düzgün və alqışlanası qərardır.

Son xəbərlər

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031