Prezident İlham Əliyevin Bakı şəhərinin Qaradağ, eləcə də Abşeron, Zaqatala, Balakən, Oğuz və İmişli rayonları ərazisində yerləşən bir sıra əhəngdaşı və qum-çınqıl yataqlarının “AzerGold” QSC-nin istifadəsinə verilməsini nəzərdə tutan müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə cəmiyyət daxilində yaradılmış operativ İşçi Qrupu fəaliyyətə başlayıb. Paralel olaraq, Fərmandan irəli gələn vəzifələrin çevik və koordinasiyalı icrasını təmin etmək məqsədilə “AzerGold” QSC-nin nəzdində aiddiyyəti təşkilati strukturun formalaşdırılması istiqamətində də işlərə start verilib.

Bu barədə AZƏRTAC-a “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, İşçi Qrupu qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının daha effektiv ödənilməsi üçün qısa müddətdə tədbirlər planı hazırlayıb. Bu çərçivədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində müxtəlif məsələlər üzrə görüşlər keçirilib və sahələrə səfərlər təşkil olunub.

Monitorinq və qiymətləndirmə zamanı sahələrin texniki əlçatanlığı, mövcud infrastruktur, logistika imkanları, relyef xüsusiyyətləri, ətraf mühitin vəziyyəti və xammal ehtiyatları üzrə ilkin təhlillər aparılıb. Nəticədə ərazilərin xammal ehtiyat bazasının dəqiqləşdirilməsi və mövcud yataqların istismar üçün səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mərhələli şəkildə tarixi-geoloji məlumatların təhlili aparılması və kəşfiyyat işlərinə başlanılması qərara alınıb. Bakı şəhərinin Qaradağ, eləcə də Abşeron rayonlarının ərazilərində yerləşən “Güzdək muldası” üzrə hazırlanmış kəşfiyyat proqramına uyğun olaraq tədqiqat işlərinə artıq başlanılıb. İyun ayından etibarən isə “İmişli yatağı” üzrə müvafiq işlərə başlanılması nəzərdə tutulur.

Fərmanda nəzərdə tutulan ölkənin şimal-qərb bölgələrində yerləşən yataqlar — Zaqatala rayonundakı “Katexçay I və II”, Balakən rayonundakı “Balakənçay I və II” və Oğuz rayonundakı “Ağçay I” qum-çınqıl yataqları üzrə fəaliyyətə növbəti mərhələdə başlanılması planlaşdırılır.

Bu, yataqların, xüsusilə, paytaxt Bakı olmaqla əsas istehlak bazarlarından uzaqda yerləşməsi, mövcud infrastruktur imkanlarının məhdudluğu, relyef xüsusiyyətləri, eləcə də logistika və nəqliyyat xərcləri, hazırkı vəziyyətdə iqtisadi cəhətdən səmərəsizlik riski ilə əlaqədardır. Bu baxımdan, Fərmanda nəzərdə tutulan güzəşt mexanizmlərinin təsdiqi və tətbiqi həmin yataqlarda hasilat fəaliyyətinin təşkili üçün əsas amillərdən biri hesab olunur. “AzerGold” QSC-nin dövlət şirkəti olaraq əsas fəaliyyət göstəricilərindən biri hasilatın mənfəətlilik prinsipi əsasında təşkili olduğundan, qeyd olunan məsələ şirkət üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ölkəmizdə qeyri-filiz faydalı qazıntıları sektoru üzrə mühüm institusional islahat mərhələsi kimi qiymətləndirilən “Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanın əsas məqsədi yerin təkindən istifadə sahəsində idarəetmənin daha şəffaf, çevik və səmərəli təşkilidir.

Sənədə əsasən, 2027-ci ildən icazə, ekspertiza və hərrac proseslərinin “Rəqəmsal ekologiya” sistemi üzərindən “bir pəncərə” prinsipi ilə aparılması nəzərdə tutulur. Bu, prosedurların sadələşdirilməsinə, nəzarətin gücləndirilməsinə və rəqəmsallaşmanın tətbiqinə xidmət edəcək. Görülən işlər həm ekoloji problemlərin aradan qaldırılmasına, həm də ətraf mühitin mühafizəsinin daha səmərəli tənzimlənməsinə şərait yaradacaq. Eyni zamanda, tikinti sənayesi üçün dayanıqlı, keyfiyyətli xammal istehsalına, yeni iş yerlərinin açılmasına və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına şərait yaradacaq.

Bildirək ki, dövlətimizin başçısının Fərmanı qeyri-filiz faydalı qazıntılar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə əvvəlki islahatların davamıdır. Bundan əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2025-ci il ərzində “AzerGold” QSC tərəfindən beynəlxalq nüfuzlu “Boston Consulting Group” şirkətinin iştirakı ilə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyət təhlil edilib. Müxtəlif dövlət qurumlarının və sahibkarların iştirakı ilə seminarlar təşkil olunub, mövcud bazar üzrə qiymətləndirmələr aparılıb. Ötən il ərzində Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlarda 70-dən çox yataq araşdırılıb. Aparılan təhlillər əsasında beynəlxalq standartlar nəzərə alınmaqla institusional idarəetmənin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930