
Xəbərlər
20.05.2026, 15:59
SEPAH ABŞ-ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib

İrana qarşı hərbi hücumun yenidən baş verəcəyi təqdirdə, müharibə bu dəfə regiondan kənara çıxacaq.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
SEPAH-ın bəyanatında İsrail və ABŞ-ın son təhdidlərinə toxunulub. Bildirilib ki, dünyanın ən bahalı orduları hesab edilən iki ordunun bütün imkanları ilə İrana hücum etmələrinə baxmayaraq, Tehran SEPAH-ın bütün potensialını işə salmayıb.
Bəyanatda vurğulanıb ki, İrana qarşı təcavüz yenidən təkrarlanarsa, əvvəllər vəd edilən regional müharibə bu dəfə regionun hüdudlarını aşacaq və İranın zərbələri “gözlənilməyən məkanlarda” həyata keçiriləcək.
“Gücümüzü boş bəyanatlarda və sosial şəbəkələrdə deyil, döyüş meydanında görəcəksiniz”, - bəyanatda deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











