
Xəbərlər
31.07.2020, 17:56
59 deputat tələb etdi, Milli Məclisin Sədri sərəncam imzaladı
Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.
Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.
REKLAM
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











