Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 13-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Mədəniyyət Mərkəzi ilə tərəfdaşlıq edən qurumların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qurumun yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolundan bəhs edib.

Leyla Qasımova çıxışında bildirib ki, ötən 13 il ərzində Mədəniyyət Mərkəzi Vyanada mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın inkişafına töhfə verən önəmli platformaya çevrilib. Burada konsertlər, sərgilər, ədəbi gecələr, film nümayişləri, mühazirələr, dil kursları, təhsil layihələri və müxtəlif interkultural tədbirlər təşkil olunub. O, xüsusilə Novruz tədbirlərinin, “Muzeylərin uzun gecəsi” layihəsində iştirakın, Azərbaycan rəssamlarının sərgilərinin, Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı təqdimatların, məktəblilər üçün həyata keçirilən layihələrin və musiqi proqramlarının Avstriyada Azərbaycan mədəniyyətinin tanıdılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Mərkəzi bu gün yalnız mədəniyyət və incəsənət məkanı deyil, eyni zamanda, Azərbaycan ilə Avstriya arasında əlaqələri gücləndirən mühüm körpü rolunu oynayır. Mərkəzdə elm, təhsil və idman sahələrində də əməkdaşlıq layihələri həyata keçirilir, şahmat yarışları və müxtəlif maarifləndirici proqramlar təşkil olunur.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Azərbaycan Mədəniyyət Mərkəzinin xaricdə fəaliyyət göstərən ən fəal Azərbaycan mədəniyyət ocaqlarından biri olduğunu bildirib. O qeyd edib ki, mərkəz yaradıldığı gündən etibarən təkcə Azərbaycan mədəniyyətinin deyil, həm də ölkəmizin “yumşaq güc” siyasətinin mühüm elementinə çevrilib.

Səfir vurğulayıb ki, Vyana dünyanın musiqi paytaxtlarından biri olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin Avropada tanıdılması üçün də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Mədəniyyət Mərkəzi Azərbaycan diaspor nümayəndələrinin bir araya gəldiyi məkan olmaqla bərabər, Avstriya ilə Azərbaycan arasında mədəni körpü funksiyasını yerinə yetirir.

Tədbirdə, həmçinin “Sülhə dəstək” ictimai birliyinin prezidenti Herta Marqarete Habsburq-Lotrinqen çıxış edib. O, mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh təşəbbüslərinin əhəmiyyətindən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya rəhbərlik etdiyi fond tərəfindən təsis olunmuş “Sülh naminə alov“ beynəlxalq mükafatını təqdim edib. Qeyd olunub ki, dünyada sülhpərvər tədbir və təşəbbüsləri dəstəkləyən, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən şəxslər bu mükafata layiq görülürlər.

Leyla Qasımova bu mükafatın Azərbaycan Mədəniyyət Mərkəzinin mədəniyyətlərarası dialoqun inkişafı və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin 13 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə mərkəzin həyata keçirdiyi layihələr və müxtəlif tədbirlərdə iştirak edən qonaqların fikirləri yer alıb.

Tədbirin bədii hissəsində Azərbaycan musiqiçiləri - Rilaya Hüseynova (vokal) və Abuzər Manafzadə (fortepiano) konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.

Tədbir ziyafətlə davam edib.








Son xəbərlər

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Rusiyanın hücumu zamanı ayağını itirən gimnast qızıl medal qazandı - FOTO

Şahzadə xanımı və uşaqları ilə Londona gələcək

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Atlaz Rzayi : Sirli qadın (HEKAYƏ) - FOTO

ZÜLFİYYƏ İSMAYILOVA : Dünya sevgi dünyasıdır - FOTO

XATİRƏ İSMAYILOVA : “El qınağı” yoxsa “sosial şəbəkə hökmü” - FOTO

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

Niyə yuxu görürük? - 4 elmi fərziyyə, biri qorxuludur

"BakıKart"ın qiyməti bahalaşdı

CƏLİLABADDA I KİTAB SƏRGİSİ–UNUDULMAZ XATİRƏLƏR,DƏYƏRLİ GÖRÜŞLƏR VƏ MƏNƏVİ ZƏNGİNLİK GÜNLƏRİ - FOTO

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var - FOTO

"Xaç atası"nın aktyoru öldü

LİLPAR CƏMŞİDQIZI : Çırpınan qəlb özü ömrümdə olan nemətdir - FOTO

PÜSTƏ RƏVAN : BÜTÜN ANALARA İTHAF EDİRƏM - FOTO

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirildi - FOTO

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi

Nazir hesabat verdi

“2,5 il diaqnoz qoyulmayan xəstəliklə mübarizə apardım”

QƏZƏNFƏR MƏSİMOĞLU : Tələbəlik illərində yaşadığımız maraqlı anlar - FOTO

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930