Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” adlı konfrans keçirilib.


"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai xadimlər və alimlər, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri üzvləri, qazilər və gənclər iştirak ediblər.

Öncə iştirakçılar Ümummilli Liderin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin əvvəlində dövlət himni səsləndirilib, daha sonra Ulu Öndərin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Konfrans çərçivəsində “Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda sənədli film nümayiş olunub.

Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları - Tamam Cəfərova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəyeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin İdarə heyətinin sədri Səkinə Babayeva, rayon Ağsaqqallar Şurasının üzvü, həkim Nəzakət Abdulrazaqova və tədbirin keçirildiyi Şamaxı Avropa Liseyinin direktor vəzifəsini icra edən Sahil Şirinov Azərbaycan qadınının cəmiyyətimizdəki mərtəbəsini və rolunu, onun həm tarix boyu, həm də müasir dövlət siyasəti çərçivəsində yüksək dəyərləndirildiyini qeyd ediblər.

Müasir Azərbaycan qadınını dünyada təmsil edən Birinci vitse-prezident Mehriban Əliyevanın Vətənə və xalqa xidməti həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə əsl Azərbaycan xanımının siması olduğu qeyd olunub.

Ümummilli Liderin ideyalarının həyata keçirilməsi və onun zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması məqsədilə yaradılmış və Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa olunmuş, konfransın keçirildiyi Şamaxı Avropa Liseyinə görə rayon sakinləri adından minnətdarlıq ifadə olunub.

Tədbirin bədii hissəsində Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında konsert proqramı nümayiş olunub.








Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930