Xəbərlər
21.04.2026, 11:00
LİLPAR CƏMŞİDQIZI : Çox dəyərli Əzizə Ağahüseynqızının doğum gününə hədiyyə - FOTO
Çox dəyərli Əzizə Ağahüseynqızının doğum gününə hədiyyə. Sağlam, uzun ömürlü olun, əziz bacım.
QƏZƏL
Dəryanın içindən seçilən dürdü Əzizə,
Bir möcüzə, aləmdə dərin sirdi Əzizə.
Söz sən'ətinə sahib olan qəlbi gözəldir,
Bol təb'lidi, şe'rində daşan Kürdü Əzizə.
Zülmətdə doğan Ay kimi öz səmtini tapdı,
Ömründə çətinlikləri çox gördü Əzizə.
Çox sadədi, sakit görünən görkəmi xoşdur,
Aləmdə ədalətlə yanan qordu Əzizə.
Zillət çəkənin ömrünü Allah qoruyubdur,
Şərbət kimi içdin O verən dərdi, Əzizə.
Arifdi, ayırd eyləyərək yaxşını pisdən,
Bir sözlə duyur doğmanı, həmdərdi Əzizə.
Altmış beşi yetmiş beşə çatdır, yüzün olsun,
Sağlam yaşa, ömr aləmi zəncirdi, Əzizə.
İnsan kimi, şair kimi qiymətli doğuldun,
Dünya ələyir hər kəsi, xəlbirdi, Əzizə.
Lilpar səni tə'rif eləmir, gördüyü haqdır,
Zahirdə mələk, batini bir pirdi Əzizə.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay