Turaztv.az » Xəbərlər » TƏ B R İ K E D İ R Ə M !
Xəbərlər

TƏ B R İ K E D İ R Ə M !

13.03.2026, 10:15 165
TƏBRİK EDİRİK!
BU GÜN İLHAMLI ŞAİR, DƏYƏRLİ SÖZ ADAMI, SƏDAQƏTLİ DOST, GÖZƏL İNSAN ƏZİZƏ XANIM AĞAHÜSEYN QIZININ DÜNYA EVİNƏ GƏLDİYİ GÜN, DOĞUM GÜNÜDÜR!
BU GÖZƏL GÜN MÜNASİBƏTİ İLƏ DƏYƏRLİ HƏMKARIMIZI ÜRƏKDƏN TƏBRİK EDİR, ONA DÜNYANIN GÖZƏLLİKLƏRİ, XOŞBƏXTLİKLƏRİ İLƏ DOLU MƏNALI ÖMÜR, FİRAVAN HƏYAT, BOL YARADICILIQ UĞURLARI ARZULAYIRAM!
ALLAH PƏNAHINDA SAXLASIN! SAĞLAMCANLA 100 YAŞASIN!

ƏZİZƏ XANIM

Sözdən don biçirsən, al- əlvan rəngdə,
Hər kəlmə sözündən ətir ələnir.
Oxuyan sözünün sehrinə düşür,
Elə bil çəməndə şehə bələnir.

Yaradan hərəyə bir qismət verib ,
Məhəbbətdir sənə Tanrının payı.
Vəsf eləyir, yazır, gözəl qələmin,
Gündüzlər günəşi, gecələr ayı.

Çaylar tək çağlayır qəlbində sözün,
Dilində nəğməyə dönür hər zaman.
Duyğulu şeirlər bir haray salır,
Sinəndə səslənir bir ney, bir kaman.

Könlündəki közün, alışır, yanır,
Sözdən bir qala qur, Əzizə xanım!
Adınla yüz yaşa bu kəhkaşanda,
Ön cərgələrdə dur, Əzizə xanım!

Zöhrə Qaraızı

Oxşar xəbərlər