
Xəbərlər
26.07.2020, 22:05
Karantin rejimi yenidən sərtləşdirilə bilər — AÇIQLAMA
"Azərbaycanda karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır".
"Turaztv.az" trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: “Son günlərin statistikası müsbət tendensiyanın əldə olunduğunu göstərir. Bu tendensiyanı qoruyub saxlamaq üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür.
Virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virus yenidən artmağa başlaya bilər”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












