Birləşmiş Millətlər Təşkilatı (BMT) İranla davam edən müharibənin qlobal təchizat zəncirlərinə mənfi təsirini azaltmaq məqsədilə yeni təşəbbüslə çıxış edib.

AZƏRTAC xəbər verir ki, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib ki, təşkilat “texniki mexanizmlərin hazırlanması və təklif olunması” üçün xüsusi işçi qrup yaradıb. Bu mexanizmlər əsasən gübrə və digər xammalın Hörmüz boğazı vasitəsilə daşınmasını təmin etməyə yönəlib.

Sözçü vurğulayıb ki, təşəbbüs kommersiya məqsədli neft daşımalarına aid deyil: “Bu, daha çox müharibənin davam edən təsirlərinin yumşaldılmasına yönəlib”.

Onun sözlərinə görə, gübrə təchizatında yaranan problemlər yaxın aylarda kənd təsərrüfatına ciddi təsir göstərə bilər: “Əgər yaxın aylarda əkin aparmaq mümkün olmazsa, bu, gələcəkdə aclığın artmasına səbəb olacaq”.

Düjarrik əlavə edib ki, yanacaq qiymətlərinin artması ərzaq və kənd təsərrüfatı məhsullarının daşınma xərclərini yüksəldir və bu da artıq əsas qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkən ailələr üçün əlavə yük yaradır.

Məlumata görə, işçi qrupuna Beynəlxalq Dəniz Təşkilatı və Beynəlxalq Ticarət Palatası daxil olmaqla bir sıra beynəlxalq qurumlar cəlb olunacaq.

BMT-nin Baş katibi Antonio Quterreş isə məsələ ilə bağlı aidiyyəti üzv dövlətlərlə əlaqə saxlayaraq təşəbbüsün həyata keçirilməsi yollarını müzakirə edəcək.

Son xəbərlər

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031