Xəbərlər
28.03.2026, 00:33
BRİLYANT QURBANOVA : Ağıllı bilmə sən hər ağbirçəyi - FOTO
Əzizim.
Düşsən təsadüfən qanmaz içinə,
Sözün arxasında gizdən, əzizim.
Üz vermə nadana,"çözəcək" səni
Tökəcək abrını üzdən, əzizim.
Vətənin parçası Dərələyəzdi,
Tülkü xəlvət bildi, dərədə gəzdi,
İnsanda etibar vara əvəzdi,
İtirsən düşərsən gözdən,əzizim.
Söz var söyləyərkən ovudar canı,
Söz var çınqı salar,odlar hər yanı,
Mərifət, ləyaqət- Allah- vicdanı
Əskik eyləməsin bizdən,əzizim.
Yaxşını sinəndən tutma aralı,
İnciyər,qəlbində qalar yaralı,
Soruşma kimsədən:"oldun haralı?"
Olarsa dil,dini bizdən,əzizim.
Çiçəyin qönçəsi, gülün ləçəyi,
Üzdən çirkin olar bəxtdən göyçəyi,
Ağıllı bilmə sən hər ağbirçəyi,
Dindirib tanıynan sözdən,əzizim.
Vətən qızı Brilyant Atəş.
Sözün arxasında gizdən, əzizim.
Üz vermə nadana,"çözəcək" səni
Tökəcək abrını üzdən, əzizim.
Vətənin parçası Dərələyəzdi,
Tülkü xəlvət bildi, dərədə gəzdi,
İnsanda etibar vara əvəzdi,
İtirsən düşərsən gözdən,əzizim.
Söz var söyləyərkən ovudar canı,
Söz var çınqı salar,odlar hər yanı,
Mərifət, ləyaqət- Allah- vicdanı
Əskik eyləməsin bizdən,əzizim.
Yaxşını sinəndən tutma aralı,
İnciyər,qəlbində qalar yaralı,
Soruşma kimsədən:"oldun haralı?"
Olarsa dil,dini bizdən,əzizim.
Çiçəyin qönçəsi, gülün ləçəyi,
Üzdən çirkin olar bəxtdən göyçəyi,
Ağıllı bilmə sən hər ağbirçəyi,
Dindirib tanıynan sözdən,əzizim.
Vətən qızı Brilyant Atəş.
27.03.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




