Bakı, 24 mart, AZƏRTAC
Larisa Tarusovanın rəhbərliyi ilə Bakı Uşaq və Gənclər Teatrının “Günay” uşaq teatr studiyası “Salam, Novruz!” adlı bayram tədbirləri keçirib.

Üzeyir Hacıbəylinin ev-muzeyində böyük bayram konserti keçirilib. Daha sonra Rus Mədəniyyət Mərkəzində daun sindromlu uşaqlar, 3 nömrəli Uşaq Evinin yetirmələri və aztəminatlı ailələrdən olan uşaqlar üçün bayram tədbiri keçirilib. Onları bir araya gətirməkdə Nazirlər Kabinetinin əməkdaşı Aytən Xudaverdiyevanın köməyi olub.

Mərkəzin direktoru Qalina Manafova hər kəsi bayram münasibətlə təbrik edib və bu uşaqları Rus Mədəniyyət Mərkəzində bundan sonra da görmək arzusunu bildirib.

Larisa Tarusova qeyd edib ki, o və rəhbərlik etdiyi kollektiv bundan sonra da bu uşaqlar üçün işləmək istəyirlər.

“Çox şadam ki, mənim yetirmələrim bu uşaqlarla görüşə və onlara səmimi qayğı və dəstək göstərə bilər. Hesab edirəm ki, bu, uşaqların tərbiyəsi, onlara mərhəmət, şəfqət və empatiya anlayışlarını aşılamaq üçün çox vacibdir. Biz fəal şəkildə vətənpərvərlik tərbiyəsi ilə məşğuluq - milli ruhu yüksəldən tamaşalar səhnələşdiririk, milli klassik əsərləri ifa edirik, lakin mənəvi tərbiyə - insanın daxili aləminin, əxlaqi keyfiyyətlərinin, dəyərlər sisteminin və davranış normalarının formalaşdırılması prosesi də çox, çox vacibdir”, - deyə L.Tarusova qeyd edib.




Son xəbərlər

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31