Xəbərlər
17.03.2026, 13:00
Fərhad Əsgərov: işıqsız hücrələrdə təlaşla çırpınan dürüst insan - FOTO
FƏRHAD ƏSGƏROV
Tərəddüdsüz və heç nədən ehtiyat etmədən deyirik ki, xeyli vaxtdır tanıdığımız, şərəfli müəllim, bacarıqlı jurnalist, kəskin (nişançı) tənqidçi, bir neçə kitabın və onlarla islahedici məqalənin, alleqorik nağıl, poema və hekayənin (və s.) müəllifi Fərhad Əsgərov (Fərhad Ramizoğlu) da məhz belə bir təbii qələm adamı, (belə bir) səmimi insandır.
Biz Fərhad Əsgərovun səmimi insan olmasını necə şərtləndirə bilərik? Qısaca deyək ki, o, həm sovet dövründə, həm də bu gün həyatımızı saran manqurt düşüncələrə, labüd haqsızlıqlara, özlərini mədəni-islahçı kimi göstərən, əslində, xalqlar arasında təlaş, üsyan – bir sözlə, radikal düşüncə yaradan ünsürlərə qarşı barışmaz mövqedə durub, iti qələmi ilə hadisələrə və proseslərə doğru təfərrüat verib, təəssüratlarını oxucusuna gerçək zəminlər kimi anladıb. Bəzən işıqsız hücrələrdə - qatı zülmətlərdə çırpınıb, ancaq bir dəfə də “bezdim” deməyib...
(Ağlı söz kəsəndən) mübarizçi hissdə olması ona (bəlkə də) çətin anlar yaşadır, ancaq hadisələrə həssas mövqeyi, güclü müşahidə qabiliyyəti, əzmkar jurnalist baxışı onu kütləyə sevdirir.
Fərhad müəllimin yazılarında həyat elementləri, ictimai qaynarlıq dürüstlük simvolu kimi təsir bağışlayır; o, toxunduğu sahələrdə qabarıq görünən geriliyə ayıq ovçu gözü ilə (eyhamçı) nəzər yetirir, qınaq hədəflərini “publisistik raketlər”lə vurur, qanun pozuntularını dəqiq göstərir, bu kimi mənfi, üsyançı halları qətiyyətlə tənqid edir.
Onun istənilən yazısında ifratdan uzaq, real həyat lövhələri, nəfəs verdiyi ictimai obrazların ömür faktları, əzmkarlıq üzərində qurulmuş qətiyyət, əsasən də, bacarıqlı bir jurnalistin yaradıcılıq üfüqü var. Səmimi deyək ki, burada ovuc-ovuc, ulduz-ulduz görünən hər söz bir sənət incisidir...
Biz dəfələrlə Fərhad Əsgərov yaradıcılığı üzərində real tədqiq işləri aparmışıq; bu səbəbdən, tam mənada əminik ki, o, heç bir yazısında zahiri məna güdmür, ya da ifrata varmır, çatışmazlıqları təbii ictimai resurslar kimi xarakterizə edir, oxucuda hikmətamiz (və nəsihətamiz) meyllər yaradır, beyinlərə təsir edən bütün ixtilafları parlaq fikirlərlə aradan qaldırır, bunun əməldə də eynən bu cür olmasını tələb edir...
Fərhad müəllim fikrin ovxarında məna cilalamaq, batini səmt tapmaq üçün ən sadə ictimai elementləri seçir, lakin duyğu qatına enərkən elə bir dərin düşüncə tapır ki, oxucu heyrətlənir. O, bu qəbildə materialların yeknəsək proseslərdən doğduğunu, (əslində isə) həqiqətə xidmət etdiyini sübuta yetirir... Onun heç bir yazısında anlamsız fikir duyğusallığı yoxdur, əksinə, o, hadisələri real təsəvvürlərlə canlandırır, bir sözlə, nəyi necə var, elə də görmək istəyir. Bu, onun hər kəsdən tələbidir, (xüsusən də) vəzifədə çalışanların hamısının qarşısına qoyduğu qəti ehtimal, səciyyəvi, zəruri-dinamik şərtdir. O, bu tələb və şərti çox hallarda mədəni, bəzən də hayqırtı ilə diqtə edir.
Fərhad müəllimin yaradıcılığı çoxşaxəlidir və o, bu istiqamətlərin hamısında oxucu qarşısına bir simada, bir sifətdə çıxır. Biz onu heç bir yazısında nəzəriyyəçi obrazında görmürük, əksinə, o, praktik olmağı daha üstün hesab edir. Çünki o, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur.
Fərhad Əsgərov yaradıcılığı qarşımızda (həm də) bir həqiqətə inanmaq zərurəti qoyur: xalqın “sosial rahatlığı”ndan sui-istifadə edənlərin aqibətləri qəlblərdə qaynayan nifrət hissindən gec-tez buxarlanır, nəfsi istəklər onları ölənə qədər (sosial partlayışlarla) ittiham edir.
Dürüst insan olması, hadisə və proseslərə bu tərzdə nüfuz etməsi Fərhad müəllimin Allaha və Sözə sonsuz ehtiramı, misilsiz etiqadıdır: burada dərketmə və zəminyaratma, düşüncədə çevrilişetmə və s. kimi nüanslar maraqlı təsnifatlardır. Onun, üzərinə səmimi duyğular səpdiyi bütün əsərləri, əslində, başdan-başa ictimai salnamə, (bir) nəsihət toplusu, (bir) yanlışdançəkinmə faktıdır. O, toxunduğu mövzuları ritual fəhmlə incələyir, oradakı sosial iyerarxiya və ənənəvi formanı labüd hesab edir. Bəlkə də buna görə onun yazılarında fərqli manevrlər var; o, təhlilə oturmayan formatları özünəməxsus müdaxilə ilə dəyişir, fikirlərarası nüansları öz tipik xarakterində göstərə bilir, hadisələri öz oxucusuna gerçək Azərbaycan müstəvisində təqdim edir. Bu, bizim məmnun hislərimizi artırır.
Fərhad müəllim ibtidai yanlışlıqları müasir gerçəkdə görmək fikrində deyil, buna görə qələmə aldığı mövzularda daha çox tənqidə yer ayırır, maddi və nəfsi maraq güdənlərə qarşı barışmaz mövqe tutur. O, hər sözü öz orbitində sistemləşdirir; bəlkə də kimsə düşünə bilər ki, bütün bunlar onun üçün sadəcə, bir vərdişdir. Əslində (isə) belə deyil...
Məsələn, Fərhad müəllimin “Qaranlıq meşədə gizli oyunlar” və “Boz Pələngin yuxusu” alleqorik nağıllarında, “Filin dərdi böyükdü” və “Ditdili şantaj edir” alleqorik poemalarında, “Əkiz qardaşlar”, “Yad cücələr”, “Yalanın üstü açıldı”, “Uşaqların borcu” və “Samirin arzusu” (uşaq) hekayələrində, “İki qızın anası” novellasında, “Desəm öldürərlər...” və “Mənə tupoy deyirdilər” monoloqlarında, eləcə də “Yurd həsrəti - Vətən sevgisi”, “Ürəklərdən gələn səs”, “Prokuror – ümid qapısı” və “El ağsaqqalı” povestlərində, “Qız atasını tapdı”, “Əzizim, bəxti yarım”, “Kələklə gələn, küləklə gedər”, “Qatilin aqibəti”, “Şantaj”, “Çıxış yolu həmişə var”, “Boş sinifdə dərs danışan müəllim” və s. hekayələrində ibtidai yanlışlıqlar görürük və müəllif, (son dərəcə çətin olsa da) inkişafa zəmin verən sahələri cəmiyyəti saran manqurtlardan təmizləmək israrındadır. Onun təhsil, media və ictimai sahələrdə tənqidə hədəf etdiyi nöqsanlar bəlli ki, hələ də var və düşünmürük ki, (heç müəllif özü də inanmır ki,) bu, nə vaxtsa tükənər...
Qələm adamı var ki, nöqsan və çatışmazlıqları beş-on dəfə tənqid atəşinə tutur, sonra (hansı səbəbdənsə) fikrindən daşınır, ucuz tərifə, ya da orta həddə çəkilir. Fərhad Əsgərov isə yeniyetmə çağlarından ta bugünədək qarşısına qoyduğu məqsədə sadiqdir; (onun) heç bir yazısında mənasız tərifə və ya orta həddə rast gəlmirik. Bu, o anlama gəlməsin ki, Fərhad müəllim inadkardır, ya da islahçı inadı onu yolundan döndərmək gücündə deyil. Xeyir, bu, belə başa düşülməməlidir. Sadəcə, Fərhad Əsgərovun içində Allah xofu, vicdan, Vətən, xalq sevgisi, gələcəyə hörmət hissi var, o, qapısını döydüyü fikri həmişə eyni sanbalda, eyni libasda görmək istəyir, üstəlik, onu daha kəskin nüanslarla əhatələyir ki, rəngini itirməsin. Belə etməsə, onun tənqid yazan qələmi oxucuya özgə-yanlış təəssüratlar verər, səmimiyyət itər.
Buradan başqa bir anlam da çıxır: Fərhad Əsgərov bunu oxucusuna daim səmimi görünsün deyə etmir, əksinə, nöqsanların olmamasını (israrla) istəyir, cəmiyyət resurslarının sağlam təməl üzərində dura bilməsini arzu (və tələb) edir.
Gəlin, bir anlıq Fərhad Əsgərov şəxsiyyətinə qısa ekskurs edək, dərhal görəcəyik ki, o, heç vaxt özü, öz maddi marağı üçün hay-küy salmayıb, onun bütün tələb və səs-küyü cəmiyyət, oradakı çatışmazlıqlar və s. üçün olub. Bunu hörmətli yazıçımızın indiyədək qələmə aldığı yazılar, maddi maraqdan uzaq pak həyatı da şəksiz sübut edir.
Sual ouna bilər: Fərhad Əsgərovu həm o dövrdə, həm də indi tənqidçi olmağa sövq edən nədir? Bəlkə düşünürlər ki, buna görə haralardansa və ya kimlərdənsə haqq alır? Yox, bu, belə deyil, bəlkə də orta səviyyədən aşağı yaşayanlardan biri (də) elə Fərhad müəllimdir... Belə deyək, onun içindəki eyhamçı tərz, tənqidçi ruh (sözsüz ki,) gendən gəlir. O, körpəlikdən zəhmət adamı olmaq, azacıq ucalıqdan ötrü alçalanlara yerlərini göstərməyi bacarmaq, qeyrətlə ucalmaq, şərəflə qocalmaq, Allahdan daim xoş ovqat ummaq, təmiz bir şəxsiyyət kimi hörmət qazanmaq və s. üçün ciddi-cəhddə olub. İndi də onun həyat proqramı (şübhəsiz) budur.
Fərhad Əsgərovun ədəbi-ictimai xidməti həyati zərurətdir. O, sənət adlı dənizə baş vurandan müəyyən təkidlər edir, bu ümmanda hələ bir dəfə də olsun boğulmayıb, çünki dövlətçilik prinsiplərinə necə xidmət etməyi bilir. Onun qələmlə tapdığı dürr ədəbiyyatımız, publisistikamız və pedaqogikamız üçün əsaslı, çox bahalı zinətlərdir. O, dövlətə, dövlətçiliyə qarşı çıxanları öz zəhmət tədarükü ilə məzəmmət etməkdən bezmir. Belə deyək, bu zaman beynindəki fikir qabarlarının ufultusundan bir həyat şirinliyi dadır, bundan oxucusuna da pay ayırır...
Cəmiyyətlərin maddi hərisliyi sanki yaranışdan bir modeldir, nədənsə şüurla paralel formalaşan bütün əyri-əskikliklər bu təsnifata uyğun səciyyə tapır. Elə Fərhad müəllimi də mütəəssir edən budur. O, indiyədək hələ tam çözə bilməyib ki, dövrün yanlış istiqamətləri nə üçün mistik-mifoloji zəmin kimidir, fiziki qarşılığı olmayan səbəblər nəyə görə dürüst insanları əhatəsindən gen tutur?
Təəssüflər olsun ki, cəmiyyətimizdə bu gün də kifayət qədər kəm-kəsir var, Fərhad müəllim də (bu üzdən) hər hansı bir yazını qələmə alarkən nə duyğulara rəng qata bilir, nə zövqlərə.
Fərhad Əsgərovun obrazları cəmiyyət adamlarıdır (yadplanetlilər deyil). Biri məktəb direktorudur, biri müəllimdir, biri jurnalistdir, biri də nəfsinin qulu olan eyş-işrət adamıdır və s. O, bu obrazların əksəri ilə tanışdır, çoxu ilə bir yerdə işləyib, çoxunu qiyabi tanıyır... Buna görə onun eyham və tənqidi bu qədər kəskin, bu qədər yaxıcı təsirdədir.
Fərhad Əsgərovun əsas yaradıcılıq qayəsi varlıq və ona nüfuzetmədir. Bu, demək olar ki, hamımızda eynən belədir. Belə halda bir çoxları Fərhad müəllimdən hansı haqla inciyirlər? Gerçəkdən, əgər bir insan aid olduğu sahədə qanunsuzluq edir, yaxud özbaşınalıq həddi yaradırsa, o, nə üçün qınaq və tənqid hədəfi olmamalıdır ki? Bizim Fərhad müəllim də bu cür tip və yararsız ünsürləri tənqid atəşinə tutur da... Burada nə qəbahət var ki? Axı biz yaxşı bilirik, onun tənqid dibçəyində hər zaman, tanıdığımız gündən indiyədək tərbiyə, əxlaq təcəssümlü “çiçəklər” açıb. Gənc nəsil bu “çiçəklər”in qoxusunu ciyərlərinə çəkə-çəkə yetişib, bünövrələrini zəhmət daşları ilə bərkidiblər. Dövlətçiliyə bundan böyük nə xidmət ola bilər?
Fərhad müəllim indi ömrünün müdrik çağındadır, onun ictimai dərkində tənqid bir mütləqdir, əməl bir mövcudat. Biz onun (demək olar ki,) bütün qələm nümunələrində bu zərrəvi tendensiyanın qabarıq təqdimatına rast gəlirik. Əsas odur ki, bu gün də o, öz tənqidçi faktını sözün batini şəkli ilə qapayır, hissi-düşüncədə oynaq, bəzən də süst ritm doğuran təfsilatları oxucu auditoriyasının maraq dairəsi edir. Biz hələ ki, bu peşəkar jurnalist, oxucuları tərəfindən sevilən bu yazıçının hansısa yazısında qisasçılıq elementləri aşkar etməmişik. O, sadəcə, yolundan çıxanları qətiyyətlə tənqid edir, onları dövlətin qanunlarına hörmət etməyə çağırır. Biz bu mədəni çağırışa, əslində, bir qəti (kəskin) tələb kimi də məna verə bilərik.
Bir sözlə, Fərhad Əsgərovun (Fərhad Ramizoğlunun) yaşam kredosu, həyat ucalığı (məhz) bu kimi zərrələrdir...
Hikmət Məlikzadə,
şair, ədəbiyyatşünas
Əgər bir insan üçün həyat (və ya tale) eyni aspektdə müxtəlif mövqe və maraqlar əks etdirirsə, yaxud süst vücudlardakı ilıq tərpəniş, hürkək hənirti onu təəssüfdən daha çox zərurətə inandırırsa, deməli, o, bütün təfərrüatı ilə səmimidir, (hətta) ən adi, cilvəsiz hiss, içdən qopan cilovsuz duyğu onun ömür kitabına təbəssümlə dolu bir coşqunluq qatır...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay