Xəbərlər
17.03.2026, 12:14
ƏZİZƏ AĞAHÜSEYNQIZI : YURDUMA BAHAR GƏLİR - FOTO
Əsir həzin küləklər,
Torpaq, yer, göy oyanır.
Çöllərə həşir düşür,
Yaşıllığa boyanır.
Təbiət başqa donda,
Mehrimə bahar gəlir.
Qarı, buzu əridir,
Yazın isti nəfəsi.
Dan üzünə ələnir,
Qaranquşların səsi.
Pəncərəmə əsir meh,
Sehrimə bahar gəlir.
Torpağa nur çiləyən,
Buludlar kövrək, həzin.
Ağ - qaralı varağım,
Mənim yarimçiq pəsim.
Duyğular puçur - puçur
Şeirimə bahar gəlir.
Ağappaq çiçəkləyən,
Alça gəlinə bənzər.
Əriyin, şaftalının,
Ləçəkləri təzə, tər.
Düymələnir ilk nübar,
Təhrimə bahar gəlir.
Yazın ilk yağışından,
Təmizlənir çöl, bayır.
Mart sona çatır indi,
Zaman anları sayır.
Yaşadığım məkanda
Şəhrimə bahar gəlir.
Torpaq, yer, göy oyanır.
Çöllərə həşir düşür,
Yaşıllığa boyanır.
Təbiət başqa donda,
Mehrimə bahar gəlir.
Qarı, buzu əridir,
Yazın isti nəfəsi.
Dan üzünə ələnir,
Qaranquşların səsi.
Pəncərəmə əsir meh,
Sehrimə bahar gəlir.
Torpağa nur çiləyən,
Buludlar kövrək, həzin.
Ağ - qaralı varağım,
Mənim yarimçiq pəsim.
Duyğular puçur - puçur
Şeirimə bahar gəlir.
Ağappaq çiçəkləyən,
Alça gəlinə bənzər.
Əriyin, şaftalının,
Ləçəkləri təzə, tər.
Düymələnir ilk nübar,
Təhrimə bahar gəlir.
Yazın ilk yağışından,
Təmizlənir çöl, bayır.
Mart sona çatır indi,
Zaman anları sayır.
Yaşadığım məkanda
Şəhrimə bahar gəlir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














