
Xəbərlər
17.03.2025, 22:18
MÜƏLLİF : ŞƏHLA XƏLİLQIZI - BAHAR GƏLƏNDƏ - FOTO
BAHAR GƏLƏNDƏ.
Çəmən də, sevinər düz də, sevinər,
Baharı gözləyən göz də sevinər,
Ocaq da sevinər, köz də sevinər,
Günəş şəfəq saçıb üzə güləndə,
Ürək vəcdə gəlir bahar gələndə.
Ana torpaq yuxulardan oyanar,
Çərşənbə günüdə tonqal qalanar,
Çəmənlər al-əlvan rəngə boyanar,
Quzular mələşər şeh çəkiləndə,
Ürək vəcdə gələr bahar gələndə.
Şairin ilhamı coşub daşanda,
Aşıq sazı çalıb dastan qoşanda,
Gözəllər görüşər su qovuşanda,
Təbrik edər eşidəndə, biləndə,
Ürək vəcdə gələr bahar gələndə.
Şəhla bahar fəsli səsləyir səni,
Özü bir qonaqdır əldə səməni,
Gəz dolan dağları çölü, çəməni,
Şeir aşıb, daşsın sazlı sinəndə,
Ürək vəcdə gəlir bahar gələndə.
Baharı gözləyən göz də sevinər,
Ocaq da sevinər, köz də sevinər,
Günəş şəfəq saçıb üzə güləndə,
Ürək vəcdə gəlir bahar gələndə.
Ana torpaq yuxulardan oyanar,
Çərşənbə günüdə tonqal qalanar,
Çəmənlər al-əlvan rəngə boyanar,
Quzular mələşər şeh çəkiləndə,
Ürək vəcdə gələr bahar gələndə.
Şairin ilhamı coşub daşanda,
Aşıq sazı çalıb dastan qoşanda,
Gözəllər görüşər su qovuşanda,
Təbrik edər eşidəndə, biləndə,
Ürək vəcdə gələr bahar gələndə.
Şəhla bahar fəsli səsləyir səni,
Özü bir qonaqdır əldə səməni,
Gəz dolan dağları çölü, çəməni,
Şeir aşıb, daşsın sazlı sinəndə,
Ürək vəcdə gəlir bahar gələndə.
17.03.2019
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











