Fransada 2027-ci il prezident seçkilərinə bir ildən çox vaxt qalmasına baxmayaraq, aparılan yeni sorğu seçici meylləri barədə ilkin mənzərə təqdim edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ifop” və “Fiducial” sorğu mərkəzləri tərəfindən “Sud Radio” radiosu və “Le Figaro” qəzeti üçün keçirilən sorğuya əsasən, ifrat sağçı Milli Birlik (Rassemblement National - RN) partiyası səsvermə niyyətlərində açıq üstünlük əldə edir.

Araşdırmaya görə, partiyanın prezidenti Jordan Bardella birinci turda 36 faiz səs toplamaq potensialına malikdir. Eyni partiyanı təmsil edən Marin Lö Pen namizəd olacağı təqdirdə nəticə 34–35 faiz arasında dəyişir.

Sorğunun nəticələrinə görə, ifrat sağın arxasınca mərkəzçi siyasi qüvvələr gəlir. Keçmiş baş nazir Eduard Filip (“Horizons” partiyası) mərkəz blokunun vahid namizədi olacağı halda 16 faiz səs toplaya bilər.

Eyni vəziyyətdə prezident düşərgəsini təmsil edən Qabriel Attal (“Renaissance” partiyası) 10–11 faiz səviyyəsində dəstək əldə edə bilər.

Mərkəz düşərgəsini təmsil etmək üçün sorğuda adı çəkilən digər siyasətçilər – Jerald Darmanen və Sebastyen Lökornü isə 10 faizdən az səs toplayır.

Sağ cinahın namizədi kimi təqdim edilən Brüno Rötayo (“Les Républicains” partiyası) müxtəlif ssenarilərdə 10–12 faiz səs qazana bilər. Əgər mərkəz və sağ blok vahid namizədlə seçkilərə qatılarsa, onun nəticəsi 17 faizə qədər yüksələ bilər. Bu halda Eduard Filip 23 faiz səs toplaya bilər.

Sorğuda sol düşərgə bir neçə namizədin iştirakı ilə qiymətləndirilib. Jan-Lük Melanşon (“La France Insoumise” partiyası) 10–11 faiz, Rafael Qlüksmen isə 10–12 faiz səs əldə edə bilər.

Ekoloqların lideri Marin Tondelye 5 faizdən aşağı, kommunist namizəd Fabyen Russel isə 3 faizdən az səs toplayır.

Sorğu həmçinin göstərir ki, sosialistləri təmsil etmək üçün Fransua Olland namizəd olsa belə, onun 8 faizdən aşağı səs toplayacaq. Olivye Fore namizəd olacağı halda isə sosialistlərin dəstəyi 5 faiz səviyyəsinə düşür.

Son xəbərlər

Dövlət Xidməti beynəlxalq mükafata layiq görüldü

İtaliyada 1 avroya evlər satılır

Sabah su kəsiləcək - Bu ərazilərdə

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur

Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!

Sənubər Səhər : Qəlbimizlə vuruşuruq...

Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

Adı 2 qadın həmkarı ilə hallanırdı - Boşanma xəbərləri yayıldı

Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb

Payıza qoşulub getmə, amandır! - FOTO

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Yasamalın bir hissəsində qaz kəsilib

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb

Sabah Azərbaycanda yağış yağacaq

Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

"Azərpoçt"un rəhbəri işdən çıxıb

Demensiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Anlatmağı necə bacarırıq?

İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930