Son vaxtlar sosial şəbəkələrdə əxlaq normalarının qorunması mövzusu ətrafında müzakirələr daha da artıb.

Xüsusilə açıq-saçıq görüntülərin paylaşılması, bədənin nümayişi üzərindən aparılan reklam kampaniyaları və müxtəlif platformalarda yayımlanan bəzi məzmunlar cəmiyyətin müəyyən hissəsində narahatlıq yaradır. Bədənini açıq şəkildə göstərən paylaşımlar, eləcə də geyim və kosmetika məhsullarının bu formada təqdim olunduğu reklamlar əvvəlki kimi davam edir.

Qanunvericilikdə ictimai əxlaqın qorunması ilə bağlı müəyyən müddəalar və inzibati məsuliyyət tədbirləri mövcuddur. Lakin bu qaydaların praktikada nə dərəcədə tətbiq olunduğunu öyrənmək məqsədilə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq.

Məsələ ilə bağlı DİN-dən bildirildi ki, sosial şəbəkələrdə ictimai əxlaq normalarına zidd, cəmiyyətə mənfi təsir göstərən və qanunla yayılması qadağan olunan informasiyaların paylaşılması halları nəzarətdə saxlanılır: "Bu istiqamətdə polis əməkdaşları tərəfindən mütəmadi işlər aparılır, hüquqazidd məzmun yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.

Belə hallara yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür.

Məlumatda bir daha vurğulanır ki, sosial şəbəkə anonimlik mühiti deyil, paylaşılan hər foto, video və ya yazı hüquqi qiymətləndirilə bilər. Qanunu pozan məzmun təkcə silinmir, məsuliyyət yaradır.

İstifadəçilərə tövsiyə olunur ki, paylaşdıqları materialların məzmununa ciddi və məsuliyyətlə yanaşsınlar, qanunvericiliyin tələblərini və ictimai əxlaq normalarını pozan informasiyaların yayımından çəkin­sinlər.

Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031