
Xəbərlər
6.03.2026, 00:26
BEYDULLA GƏRAYLI : Dərdli ürəyinin köməyi Rasim! - FOTO
TƏBRİKLƏR USTAD! ALLAH SİZƏ ÖMÜR VERSİ. SAĞLAM YAŞA MƏNALI YAŞA ÇOX YAŞA!
RASİM.
Ilahidən bir vergidi verilib,
Şirvan torpaĝının bəzəyi Rasim.
Məclisdə dindirsə qara zurnanı,
Titrəyər qəlbimin özəyi Rasim.
Xəqani yurdunda, Məlhəm kəndində,
Gəldin bu dünyaya boy atdın sən də.
Çicəkli baĝlarda bülbül ötəndə,
Sevdin ,,Sənət,, kimi mələyi Rasim.
Min illik yuxudan oyatdın eli,
Səsinə dayandı coşqun daĝ seli.
Səni heyran etdi Kalvalı Əli,
Aldın ululardan köməyi Rasim.
Şəkili Ələfsər oldu ustadın,
Odur ki həyatda belə ucaldın.
Ilk gündən bir ,,Şəki yallısı,, çaldın.
Itmədi ustadın əməyi Rasim.
Qurban olum sənə ustad asta çal,
Yıĝ başına el obanı pəsdə çal.
Qalx zilə en bəmə bir ,,Şikəstə"çal,
Sınıq ürəklərin dirəyi Rasim.
,,Koroĝlu"dillənir qara zurnada,
Elə bil dil açır daĝ da,qaya da.
Gəraylının sənsən fani dünyada,
Dərdli ürəyinin köməyi Rasim!
Şirvan torpaĝının bəzəyi Rasim.
Məclisdə dindirsə qara zurnanı,
Titrəyər qəlbimin özəyi Rasim.
Xəqani yurdunda, Məlhəm kəndində,
Gəldin bu dünyaya boy atdın sən də.
Çicəkli baĝlarda bülbül ötəndə,
Sevdin ,,Sənət,, kimi mələyi Rasim.
Min illik yuxudan oyatdın eli,
Səsinə dayandı coşqun daĝ seli.
Səni heyran etdi Kalvalı Əli,
Aldın ululardan köməyi Rasim.
Şəkili Ələfsər oldu ustadın,
Odur ki həyatda belə ucaldın.
Ilk gündən bir ,,Şəki yallısı,, çaldın.
Itmədi ustadın əməyi Rasim.
Qurban olum sənə ustad asta çal,
Yıĝ başına el obanı pəsdə çal.
Qalx zilə en bəmə bir ,,Şikəstə"çal,
Sınıq ürəklərin dirəyi Rasim.
,,Koroĝlu"dillənir qara zurnada,
Elə bil dil açır daĝ da,qaya da.
Gəraylının sənsən fani dünyada,
Dərdli ürəyinin köməyi Rasim!
B.Gəraylı..24.08.96..Şamaxı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















