Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müharibəyə son qoymaq üçün həm Ukraynaya, həm də Avropaya real və davamlı sülh gətirəcək bir razılaşmanı imzalamağa hazır olduğunu bəyan edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Zelenski bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən təhlükəsizlik panelində çıxışı zamanı danışıb.

O, Rusiya-Ukrayna müharibəsində son vəziyyəti qiymətləndirərək, diplomatik səylərin davam etdiyini bildirib.

“Ukrayna bu danışıqların uğurla nəticələnməsi üçün əlindən gələni edəcək”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, müharibəni bitirmək üçün formal deyil, həqiqi təhlükəsizlik təminatları ilə müşayiət olunan razılaşma zəruridir:

“Ukrayna bizim və Avropa üçün əsl sülh gətirəcək bir razılaşmaya hazırdır və əminəm ki, bu müharibəyə son qoyula bilər”.

Zelenski Avropanın mümkün üçtərəfli danışıqlar formatında təmsil olunmamasını yanlış addım kimi qiymətləndirib. O bildirib ki, güzəştlər məsələsi tez-tez gündəmə gətirilsə də, bu müzakirələr əsasən Ukrayna kontekstində aparılır.

“Amerikalılar tez-tez güzəştlər məsələsini qaldırırlar. Təəssüf ki, bu güzəştlər çox vaxt yalnız Ukrayna kontekstində müzakirə olunur, Rusiya kontekstində deyil”, - o qeyd edib.

Zelenski çıxışında Vladimir Putinin Ukraynada yeni ərazilər işğal etmək niyyətində olduğunu iddia edib.

“O, özünü kral kimi görə bilər, amma əslində, müharibənin köləsidir”, – deyə Ukrayna lideri bildirib.

Rusiya ordusunun irəlilədiyi hər kilometr üçün ağır itkilər verdiyini vurğulayan Zelenski “Rusiya ordusu üçün bir metr torpağın qiyməti 156 əsgərdir. Müharibə gözləmədiyimiz şər formalarını ortaya qoyur və nə qədər uzun sürsə, təcavüzkar bir o qədər çox resurs əldə edir”, – o əlavə edib.

Zelenski Rusiyanın Ukraynaya qarşı intensiv hava hücumlarını davam etdirdiyini bildirib. Onun sözlərinə görə, ölkədə Rusiyanın hücumlarından zərər görməyən bir dənə də olsun elektrik stansiyası qalmayıb.

Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu deyən Prezident qeyd edib ki, müttəfiqlər tərəfindən verilən raketlər bazar günü çatdırılıb və cümə axşamı gecəsindən etibarən hava məkanının qorunmasına başlayıb.

Zelenski cəbhədə döyüşən ukraynalıların eyni zamanda Avropanın təhlükəsizliyi uğrunda mübarizə apardığını vurğulayıb. O bildirib ki, Ukrayna güclü və təcrübəli orduya malikdir.

“Ukraynalılar Avropa cəbhəsini tutur. Xalqımızın arxasında müstəqil Polşa və azad Baltikyanı ölkələr dayanır”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna ordusunu NATO-dan kənarda saxlamaq məntiqli deyil və bu məsələnin Kremlin deyil, müttəfiqlərin qərarı olmalı olduğunu deyib.

Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsi üçün ilk növbədə atəşkəsin təmin olunmalı olduğunu vurğulayıb.

Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya atəşkəslə bağlı təzyiq göstərə biləcəyini əlavə edib:

“Əgər amerikalılar və Rusiya Ukraynada seçkilər istəyirlərsə, biz buna açığıq”.

Son xəbərlər

Neymarı distant futbolçu adlandırdı

ADPU-nun Quba filialında "MEHRAB DASTANI" adlı kitabın təqdimat mərasimi baş tutdu - FOTOLAR

Hindistanda qadın 5 ayda 3 dəfə evləndi

DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib

Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi

Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz

Bakıda küçənin ortasında kişini ürəyindən bıçaqlayıb öldürdülər

Polşa Ukrayna ilə bağlı şərt qoydu

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU) HİYLƏGƏR İNSAN TANINACAQ (Satirik qələmlə)

ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

Alimlər zədələnmiş ürəyi bərpa etməyin yeni yolunu tapıblar

Dünyanın ən yaxşı səhiyyəsi olan ölkələri - Onlar hansılardır?

Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb

"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu

35 yaşlı aktrisanın ölümünə meymun dişləməsi səbəb olub?

Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930