
Xəbərlər
9.02.2026, 00:03
BƏHRUZ MƏMMƏDOV : Baxıram qürubda batan günəşə - FOTO
Karvan keçdi, çökdü sükut.
Axşamın alatoranı da
darıxdırmır nə vaxtdı.
Qaratoyuqlar belə oxumurdular.
Əksimə baxıram durub sakitcə.
Güzgüyə sualı yox üzümün daha,
Cavablar yazılıb cizgilərində.
Zamanın izi var
gözlərimin kənarında.
Gülsəm də gülüşü
yazmadı xəttat,
daşıdığım yükün hesabın çəkdi.
Kimsə bilməz
hansı məcbur,
hansı könüllü.
İnkar edəcək bir şey yox,
Nə bəzəyəcək bir keçmiş.
Yaşadığımı etiraf edir, sakitcə.
Səhrada atı ölmüş
yolçular kimi,
Baxıram qürubda batan günəşə.
Axşamın alatoranı da
darıxdırmır nə vaxtdı.
Qaratoyuqlar belə oxumurdular.
Əksimə baxıram durub sakitcə.
Güzgüyə sualı yox üzümün daha,
Cavablar yazılıb cizgilərində.
Zamanın izi var
gözlərimin kənarında.
Gülsəm də gülüşü
yazmadı xəttat,
daşıdığım yükün hesabın çəkdi.
Kimsə bilməz
hansı məcbur,
hansı könüllü.
İnkar edəcək bir şey yox,
Nə bəzəyəcək bir keçmiş.
Yaşadığımı etiraf edir, sakitcə.
Səhrada atı ölmüş
yolçular kimi,
Baxıram qürubda batan günəşə.








