Turaztv.az » Xəbərlər » Türkiyəli aktrisa vəfat etdi - FOTOLAR
Xəbərlər

Türkiyəli aktrisa vəfat etdi - FOTOLAR

06.02.2026, 17:53 103
Türkiyənin məşhur aktrisası Nevin Efe vəfat edib.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 78 yaşlı aktrisanın ölümünə səbəb xroniki ağciyər çatışmazlığı olub.

O, uzun müddətdir xəstəxananın Reanimasiya şöbəsində müalicə alıb və bu gün saat 11:00 radələrində dünyasını dəyişib.

Xatırladaq ki, N.Efe “Kurtlar Vadisi Pusu”, “Doktorlar”, “Melek”, “Yer Gök Aşk” və başqa seriallarda rol alıb.


Oxşar xəbərlər