Samir Şərifov: "Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər 865 min TEU yük ötürülə bilər"

Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

Bunu Baş nazirin müavini Samir Şərifov Dubayda (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda bildirib.

O, nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən "Bir Kəmər, Bir Yol" təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, ötən il Orta Dəhlizlə yükdaşımalar 11 %, Şimal-Cənub dəhlizi ilə isə 12 % artıb.

S.Şərifov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. O, xüsusilə vurğulayıb ki, ötən il Bakı Limanında aşırılmış konteynerlərin (TEU) sayı əvvəlki illə müqayisədə 40 % artaraq 107 mini keçib.

S. Şərifov həmçinin Vaşinqtonda (ABŞ) əldə olunmuş üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin strateji önəmindən bəhs edib.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

Son xəbərlər

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031