“Zəngəzur dəhlizi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas arteriyasına çevrilir”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilir və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır:

“Bu ideya son beş ildə davamlı olaraq gündəmdə saxlanılıb. Bu ilin avqustunda keçirilən beynəlxalq görüşlərdə də Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası kimi təsdiqləndi. Biz bu dəhlizi mövcud marşrutlara alternativ deyil, ölkələrin inkişaf və rifahına xidmət edən strateji yol kimi görürük. Proqnozlara əsasən, dəhlizlə illik yükdaşıma həcmi 15 milyon tona qədər artacaq”.

R.Nəbiyev qeyd edib ki, Azərbaycan uzun illərdir ki, yalnız infrastruktur qurmaqla kifayətlənməyib, eyni zamanda region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib:

“Bu gün Orta Dəhlizi tək bir ölkə idarə etmir. Bu, ortaq məqsədləri olan, sülh şəraitində yaşayan, bir-birindən faydalanan ölkələrin ‘yaxın qonşuluq" fəlsəfəsi üzərində qurulub. Burada artıq qarşılıqlı asılılıq prinsipi var – hər bir ölkənin uğuru digərlərinin uğurundan asılıdır”.

Nazir qlobal ticarət tendensiyalarına da toxunub: “Uzun müddət dünya ticarəti cəmi bir neçə ölkənin nəzarətində olub. Bu tendensiya dəyişir. İndi Körfəz, Cənubi Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri təkcə ticarətdə deyil, texnologiyanın tətbiqində və inkişafında da mühüm rol oynayır. Ötən il dünya ticarətinin dəyəri təxminən 33 trilyon ABŞ dolları təşkil edib. Lakin tranzit marşrutlarının şaxələndirilməsi hələ də çətinliklərlə üzləşir. Bu baxımdan Azərbaycan Şərq və Qərb arasında müxtəlif dəhlizlərin inkişafında əsas rol oynaya bilər”.

R. Nəbiyev vurgulayib ki, Azərbaycan yalnız infrastruktur layihələrini deyil, bu infrastrukturdan ən səmərəli istifadənin yollarını da birlikdə müəyyənləşdirir: “Bu, region ölkələrinin qarşılıqlı asılılığı və ortaq uğuru üçün vacibdir”.

Son xəbərlər

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031